“Azərbaycanlılar Misirdə, misirlilər isə Azərbaycanda özlərini qəriblikdə hiss etmirlər” ANONS
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Houssameldine Effat Mostafa Redanın “525-ci qəzet”ə müsahibəsindən:
* Mən Misirdə olan azərbaycanlıların özlərini qəriblikdə hiss etmədiklərinin şahidi olmuşam. Onlarla görüşmüşəm və azərbaycanlıların heç biri Misirdə özlərini yad hiss etmədiklərini söyləyiblər. Eyni zamanda da Azərbaycanda misirlilərin özlərini qəriblikdə hiss etmədiklərinin şahidi olmuşam.
* Misirlə Azərbaycan arasında tarixi əlaqələr mövcuddur. Mən düşünürəm ki, akademiklər, tədqiqatçılar, media nümayəndələri Azərbaycan-Misir əlaqələrinin tarixi ilə bağlı araşdırmalar aparsınlar. Bu əlaqələr hətta 14-cü əsrə gedib çıxır. Təəssüf ki, bu gün xalqlarımız bir-birini kifayət qədər tanımır.
* Misirlə Azərbaycan arasındakı hazırkı əlaqələr son 2-3 ilin nəticəsi deyil. Misirin sabiq Prezidenti Camal Abdul Nasir vaxtilə Azərbaycana səfər edib. Sabiq Prezident Hüsnü Mübarəkin Azərbaycanla, mərhum Prezident Heydər Əliyevlə çox yaxşı əlaqələri var idi.
* Sizin də vaxtilə torpaqlarınız işğal olunub, bizim də. Buna görə də Misir digər dövlətlərdən fərqli olaraq torpağının işğal altında olmasının, işğalla üzləşməyin nə demək olduğunu yaxşı anlayır.
* Biznes sahəsində əlaqələr o dərəcədə inkişaf etməyib və iki ölkə liderinin arzu etdiyi, istədiyi səviyyəyə çatmayıb. İstərdim ki, atılan addımlar bu sahədə inkişafa, irəliləyişə öz dəstəyini vermiş olsun.
* Azərbaycanın geniş turizm potensialını vurğulamaq istəyirəm. Bakı ən təmiz, gözəl, səliqəli və təhlükəsiz paytaxtlardan biridir. Ən önəmlisi isə burda hökm sürən təhlükəsizlik və sabitlikdir. İnsanlar istənilən saatda rahat, təhlükəsiz şəraitdə gəzə bilirlər.
HOUSSAMELDİNE EFFAT MOSTAFA REDA İLƏ MÜSAHİBƏNİN TAM VARİANTINI “525-Cİ QƏZET”İN SABAHKI SAYINDA OXUYA BİLƏRSİNİZ!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 15 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















