Icma.az
close
up
RU
Fransadan gecikmiş etiraf

Fransadan gecikmiş etiraf

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zaman hər şeyi yerbəyer edir. Tarixin sınağından çıxmış bu həqiqəti həmçinin Fransanın bəyan etdiyi demokratiya, qardaşlıq, bərabərlik prinsipləri ilə bir araya sığmayan müstəmləkəçilik, irqi ayrı-seçkiçilik siyasətinin uzun illər ərzində məqsədli şəkildə beynəlxalq ictimaiyyətdən gizlədilmiş qaranlıq məqamlarının bir-bir aşkarlanmasının timsalında da aydın şəkildə izləmək mümkündür. İş o yerə çatıb ki, artıq Fransanın özündə də Yelisey Sarayının siyasi direktivləri əsasında Afrikada, dənizaşırı ərazilərdə yol verilmiş ağır müstəmləkə cinayətləri etiraf olunur.  Bu günlərdə isə Fransa Senatı “Reyunyon uşaqları” məsələsi ilə bağlı mühüm qərar qəbul edib. Vurğulayaq ki, Fransanın müstəmləkəçilik siyasətinin ən ağrılı səhifələrindən birini təşkil edən   “Reyunyon uşaqları” məsələsi ətrafında uzun illər ərzində müxtəlif baxış bucaqlarından müzakirələr aparılıb. Nəhayət, müzakirələr Senatda müvafiq qanunun qəbul edilməsi ilə nəticələnib. Xatırladaq ki, Senatda yekdil səsvermə ilə qəbul edilən bu qanun bir neçə ay əvvəl Milli Assambleyanın da təsdiqindən keçib. Bəli, rəsmi Paris nəhayət, necə deyərlər, gizlənpaç oyununa son qoymalı, məsuliyyətini dilə gətirərək üzr istəməli və müvafiq təzminatların ödənilməsi prosesinə başlamalıdır.

Yelisey Sarayının müstəmləkəçilik tarixinə qısa baxış

Adətən, qədim tarixə, mədəniyyətə malik olmaq ölkələr, xalqlar üçün başucalığı sayılır. Təxminən 500 ili əhatə edən müstəmləkəçilik tarixi isə Fransanın, yumşaq desək, üzqarasıdır. Bu ölkənin müstəmləkəçilik tarixinin 1524-cü ildən  başladığı bildirilir. Fransa Afrikanın qərbində və şimalında 20-dən çox ölkədə hökmranlıq qurmağa nail olub. Afrika ərazilərinin təxminən 35 faizi 300 il ərzində Fransanın nəzarətində qalıb.

Demokratik dəyərləri ilə öyünən Fransa özünün ağır şərtləri ilə fərqlənən müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə, ən qəddar vasitələrlə ram edilən ölkələr sivilizasiya ilə bir araya sığmayan mühafizəkar qanunlarla idarə olunub, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb.  Fransa, Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır. Tarixi sənədlərdə də öz əksini tapdığı kimi, 1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımda 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. 1994-cü ildə fransızlar Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Həmin əməliyyat zamanı yerli tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çox sayda insan tələfatı ilə nəticələnib. Fransa hələ 1945-ci ildən etibarən Afrikada Fransız Müstəmləkələri frankı (CFA) adlı pul vahidini dövriyyəyə buraxıb. Məhz bu pul vahidinin sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Məlum olduğu kimi, Afrikanın Sahil regionu ölkələri, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub.

Lakin bunlar artıq keçmişdir. Fransaya qarşı etirazlar dalğası son illərdə  daha da genişlənib. Bir neçə il bundan əvvəl Nigerdə Fransaya bağlı olan hökumət devrilib. Müstəmləkəçiliyə qarşı kəskin etirazlara Qabon, Yeni Kaledoniya və digər ölkələr də qoşulub. Fransanın keçmiş müstəmləkələri olan Seneqal, Niger, Burkina-Faso və Malidə Parisə qarşı etirazlar artır. Artıq proses kütləvi hal alıb və ayrı-arı müstəmləkə ölkələrində “Rədd ol, Fransa!” şüarları tez-tez təkrarlanır.

Fransa həmçinin Asiyadan da sıxışdırılır. Ərəb ölkələrinin çoxu uzun illərdir ki, əlaqələrdə üstünlüyü ABŞ, Böyük Britaniya, Çin və Türkiyəyə verirlər. Fransanın Livandakı əməlləri onun ərəb dünyasında da siyasətinin uğursuzluğunu təsdiqləyir. Vyetnam, Kamboca, Laos kimi keçmiş müstəmləkə əraziləri də Fransadan imtina ediblər. Bu ölkələr də ABŞ, Avstraliya, Çin və Yaponiya ilə əməkdaşlığa üstünlük verirlər.

Senatda və Milli Assambleyada “Reyunyon uşaqları” məsələsi ilə bağlı qanun layihəsinin böyük səs çoxluğu ilə qəbul edilməsi isə ona dəlalət edir ki, Yelisey Sarayının müstəmləkəçilk siyasətinə ölkə daxilində də etirazlar artır. Cəmiyyət bu siyasətin ölkənin nüfuzuna  ciddi xələl gətirməsinin, demokratiya, insan hüquqları ilə bir araya sığmadığının fərqindədir və buna etirazını bildirir.

Dünya tarixində görünməmiş cinayət - uşaq deportasiyası

Reyunonlu deputat Karin Löbonun müəllifi olduğu qanun layihəsi 1962-1984-cü illərdə Hind okeanındakı Reyunyon adasından zorla və ya müxtəlif inzibati üsullarla Fransanın materik hissəsinə köçürülmüş minlərlə azyaşlının xeyrinə təzminat və reabilitasiya tədbirlərini nəzərdə tutur. Bu addım Fransa dövlətinin tarixi ədalətsizliyə görə məsuliyyətini rəsmən tanıması kimi qiymətləndirilir.

Söhbət zamanında Yelisey Sarayının siyasi direktivləri əsasında gerçəkləşən bir insanlıq faciəsindən - körpə uşaqların valideynlərindən və vətənlərindən zorla ayrılmasından gedir. Tarixdə ayrı-ayrı xalqların yaşadıqları yerlərdən deportasiya edilməsi faktları məlumdur. Ancaq uşaqların ailələrdən alınaraq deportasiya edilməsi qiymətləndirilməsi mümkün olmayan cinayətdir ki, bunu da Fransa törədib. Dəhşətli hadisələr 1962-1984-cü illərdə baş verib. Həmin dövrdə Yelisey Sarayının təşəbbüsü ilə 2 015 nəfərdən çox azyaşlı Reyunyon adasından materik Fransanın 83 departamentinə, əsasən də əhalisi azalan kənd regionlarına köçürülüb. Ən çox uşaq qəbul edən departament Creuse olduğuna görə, bu azyaşlılar “Creuse uşaqları” adlandırılır. Yelisey Sarayının uşaq deportasiyasında məqsədi Reyunyondakı sürətli əhali artımının qarşısını almaq, eyni zamanda materik Fransada demoqrafik vəziyyəti süni şəkildə sağlamlaşdırmaq olub. Nəticədə, minlərlə uşaq son dərəcə kədərli tale yaşayıb. Ailələrindən alınan uşaqlar bir sıra hallarda fiziki və psixoloji zorakılıq, istismar və sosial təcrid faktları ilə üzləşiblər. Bəzi uşaqlar barəsində isə sonradan ümumiyyətlə heç bir məlumat verilməyib. “Reyunyon uşaqları” məsələsi özünü dünyaya sivil, demokratik dövlət kimi təqdim edən Fransada uşaq talelərinin məqsədli şəkildə qırılması cinayətidir. Hətta Fransanın dənizaşırı ərazilər naziri Naima Mutçu belə bu prosesi “sürgün, ailələrdən ayrılıq, doğma torpaqla, dillə və soy-köklə qəfil qopma nəticəsində alt-üst olmuş minlərlə həyat yolu” kimi xarakterizə edib. O, Fransanın tarixindəki “qaranlıq səhifələrə” toxunan bu qanunun qəbulunu “ədalət və ləyaqət mətni” kimi alqışlayıb. Reyunyonu təmsil edən sosialist parlamentari Odri Belim də ailələrindən qoparılmış uşaqların yaxınlarının vəziyyətini vurğulayaraq, onları “övladlarının qayıdışını boş yerə gözləyən valideynlər və susqunluq, anlaşılmazlıq, bəzən isə utanc hissi ilə əbədi iz buraxılmış ailələr” kimi səciyyələndirib.

Fransa mənəvi məsuliyyətindən qurtula biləcəkmi?

Bəhs olunan qanuna əsasən dövlət tərəfindən maliyyələşdirilən xüsusi kompensasiya fondu yaradılacaq, zərərçəkmiş şəxslərə və bəzi hallarda onların varislərinə birdəfəlik təzminat ödəniləcək, hadisələrin araşdırılması və tarixi yaddaşın qorunması üçün xüsusi yaddaş komissiyası fəaliyyət göstərəcək. Hər il fevralın 18-i “Reyunyon uşaqlarının anım günü” kimi qeyd olunacaq, tarixi həqiqətlərin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə memorial layihələr həyata keçiriləcək. Təzminatın konkret məbləği və ödəniş mexanizmləri hökumət tərəfindən qəbul ediləcək əlavə normativ sənədlərlə müəyyənləşdiriləcək. Bu qanun yalnız maddi kompensasiya məsələsi deyil, sənəd həm də Fransa dövlətinin müstəmləkə siyasətinin yaratdığı sosial və humanitar nəticələri gec də olsa etiraf etməsi baxımından mühüm siyasi və mənəvi addım hesab olunur. Parlamentdə çıxış edən deputatlar və senatorlar bu qərarı “ədalətin bərpasına doğru gecikmiş, lakin vacib addım” kimi xarakterizə ediblər.

Necə deyərlər, üzürü qəbahətindən betər. Qəbul olunan qanun, ödəniləcək təzminatlar öz yerində. Bəs Fransa “Reyunyon uşaqları” qarşısında mənəvi məsuliyyətindən qurtula biləcəkmi?

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyun 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri