Icma.az
close
up
RU
Fransadan İrəvana “son həmlə”...

Fransadan İrəvana “son həmlə”...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris sülh prosesinə mane olmağa çalışır

Ermənistanla Azərbaycan arasında aparılan sülh prosesi bir sıra xarici qüvvələri narahat etməkdədir. Xüsusilə, sülh sənədində yer alan “kənar güclərin bölgədən çıxarılması təmin edilməsi” məsələsində razılığın əldə olunması bölgəyə müdaxilə etmək üçün bir sıra yollara əl atan, cəhdlər göstərən gücləri təlaşlandırıb. Səbəb isə məlumdur - sülhün məhz bu müddəalar üzrə gerçəkləşməsi başda Fransa olmaqla bölgədə destruktiv fəaliyyətlə məşğul olan bütün qüvvələri zərərsizləşdirəcək. Başqa sözlə, bu güclərin Azərbaycan-Ermənistan münasibətləri üzərindən manipulyativ oyunları başa çatacaq.

Aİ missiyası, yoxsa...

Bu nöqteyi-nəzərdən ilk yada düşən məqam Avropa İttifaqının məlum “monitorinq  missiyası”nın fəaliyyətidir ki, üçüncü qüvvələrin sərhəddən geri çəkilməsi təqdirində onlar hazırda durduqları “mövqeləri” tərk etmək məcburiyyətində qalacaqlar. Xatırladaq ki, birinci mərhələdə, yəni 2022-ci ildə 40 nəfər qismində və cəmisi iki aylıq nəzərdə tutulan monitorinq missiyasının tərkibinə Aİ üzvlərindən 23 ölkənin nümayəndələri daxil idi. sonradan isə tərkibi genişləndi - artıq Kanada belə bu missiyanın iştirakıçısına çevrildi. Missiyanın bölgəyə gəlişi isə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Fransa prezidenti Makron arasında keçirilən dördtərəfli görüşdə razılaşdırılmışdı. Həmin vaxt Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingentinin bu monitorinqləri aparması nəzərdə tutulurdu - sonradan isə Azərbaycanla razılaşdırılmadan bu müddət uzadıldı və say təxminən 240 nəfərə qədər artdı. Paralel olaraq, Ermənistanın bəzi bölgələrində hətta onların ofisləri də fəaliyyətə başladı. Bu isə nəticə etibarı ilə sülh prosesinə köməkdən çox ona zərbə vurmağa hesablanmışdı.

Parisdən növbəti sabotaj mesajı...

Artıq situasiya dəyişib, Ermənistanın sülh sənədinin bütün müddəaları ilə bağlı razılılıq bildirməsi bu ölkənin kənar güclər məsələsindəki mövqeyindən xəbər verir. Beləliklə, razılaşmanın əldə olunması onu göstərir ki, sülh müqaviləsi imzalanması Aİ missiyasının da bölgəni tərk etməsinə yol açacaq. Vurğulandığı kimi, prosesin bu yöndə inkişafı Aİ-nin, xüsusilə də Fransanın “maraqları” ilə uzlaşmır. Bunun nəticəsidir ki, Fransa hazırda geridönüşü olmayan bu prosesə bu və ya digər şəkildə mane olmağa, başqa sözlə, sülhü sabotaj etməyə çalışır. Belə ki, rəsmi Parisdən səslənən “mesaj” da bunu sübut edir. Fransanın xarici işlər naziri Jan-Noel Barrot Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının genişləndiriləcəyinə ümid etdiyini bildirib. Bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini sosial şəbəkələrdə məlumat verib. “Ümid edirəm ki, orada (Ermənistanda - red.) yerləşdirilən Avropa missiyası genişləndiriləcək. O məqsədlə ki, bu gərginliyi (Ermənistan-Azərbaycan sərhədində - red.) müşahidə edə və cilovlaya bilsin”, - o qeyd edib.

Fransanın “arzuları”... 

Göründüyü kimi, Fransa var gücü ilə sülhü qarşı mövqe tuğmaqdadır. Bu ölkə Ermənistanı qeyri-qanuni şəkildə silahlandırmaqla yanaşı, bu missiya vasitəsilə həm də kəşfiyyat materialları ötürür - adı “monitorinq”, mahiyyəti isə “hərbi” olan missiya Azərbaycan Ordusu, hərbi hissələrin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayır. Missiya üzvləri Ermənistan-Azərbaycan şərti sərhədi boyunca müntəzəm “monitorinqlər” aparır və bu məlumatlar yığılır. Mülki missiya nümayəndələri arasında hərbi keçmişə malik şəxslərin olması isə məsələdə heç bir şübhə yeri qoymur. Təsadüfi deyil ki, missiyanın sayı fəaliyyətə başladığı gündən bəri ən azı 6 dəfə artıb. Missiyaya yeni qoşulanlar isə əsasən Avropa ölkələrindən olan hərbi və təhlükəsizlik üzrə mütəxəssislərdir. Missiyanın rəhbərliyində olan şəxslər arasında NATO ölkələrində kəşfiyyat və təhlükəsizlik xidmətlərində çalışmış şəxslər yer alır.

Paralel olaraq vurğulanmalıdır ki, bölgədə sülh ilə bağlı ümidlər yaranan zaman bu missiya “dövriyyəyə” girir və hər hansı bir fransız mütləq şəkildə Ermənistan ilə Azərbaycan arasındakı bu prosesə mane olmağa çalırı. Hətta ötən ilin sonlarında Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Kanalına müsahibəsində Ermənistanın Azərbaycana Avropa İttifaqı missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməyəcəyini təklif etdiyini dilə gətirdiyi zaman belə Fransa bu məsələyə “münasibət” bildirmişdi. Həmin vaxt da Paris baş verənlərdən narahatlıq keçirərək yeni təxribatlara əl atmışdı - Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Ermənistan-Azərbaycan şərti sərhəddinə gələrək plan missiyanın mövcudluğunu təxminən iki dəfə artırmaqdır. Dekottini demişdi ki, “missiyanın mandatı Brüsseldə müəyyən edilir”...

Aİ-nin son “aktivliyi”...

Missiya ilə bağlı məsələ son aylarda da gündəmdədir. Azərabycan ilə Ermənistan arasında razılaşmaların mahiyyətini duyan Aİ özünün rəsmi nümayəndələrini hər iki ölkənin paytaxtına göndərir. Təsadüfi deyil ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono artıq bir neçə dəfə regiona “baş çəkib”. Ümumiyyətlə, Aİ-nin özünün “elçisini” bölgəyə yollamaqda məqsədi missiyaya “real legitimlik” qazandırmaq istəyindən qaynaqlanırdı. Nəticədə, fevralda bu müddət uzadıldı. Amma sülh sənədinin imzalanacağı təqdirdə bu məsələ artıq gündəmdən düşmüş sayılacaq.

Məsələnin mahiyyəti məhz burada açılır. Yuxarıda da vurğuladığımız kimi, Ermənistan zaman-zaman missiyanın sərhəddən çıxarılmasına eyham vursa da, onun “xidməti dövrü”nün artırılmasına razılıq verir. İrəvan bu yolla ikibaşlı oyun oynayır - gah missiyanın vaxtını uzadır, gah da Azərbaycanla kənar qüvvələrin çıxarılması ilə bağlı razılıq əldə edir. Fransız səfirin isə Ermənistan rəhbərliyi ilə ultimativ tonla danışması onu göstərir ki, Paris Cənubi Qafqazda da uduzduğunu anlayır. Hətta Aİ-nin daxilində belə nüfuzdan düşən, ikinci plana keçən Makron özünün “son ümid qalası” saydığı Ermənistanı da itirir. Bu isə Fransaya bölgədə nəzərdə tutulan mühüm qlobal ticari imkanlardan istifadə məsələsini tam şəkildə bloklayır. 

Eyni zamanda, artıq iki ölkə arasında aktiv delimitasiya və demarkasiya prosesi getməkdədir. Belə bir məqamda beynəlxalq aləmin təmsilçiləri əgər səmimidirlərsə, Ermənistanın sülhlə bağlı mövqeyini dəstəkləməli və hətta prosesə töhfə verməlidirlər. Hazırkı mövqe isə ədalətsiz olduğu qədər, həm də birtərəflidir...

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Aprel 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri