Icma.az
close
up
RU
Fransadan xal da almaq olar, xallar da! YAZI

Fransadan xal da almaq olar, xallar da! YAZI

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Yığma komandamız sabah güclü və amansız Fransanın önünə çıxır. Yeni baş məşqçi, bir neçə yeni futbolçu, yeni ruh, bəlkə də yeni hədəflər...

Məsələyə bir qədər nikbin yanaşmaq istəyirəm. Niyə də Fransadan xal almayaq? Bəli-bəli, niyə də yox?! Onlar da futbolçudu, bizimkilər də. Onların da ayağı var, bizimkilərin də. Onların oynadığı komandalar “Real”, “Barselona”, PSJ-di, bizimkilərin “Qarabağ”, “Neftçi”, “Araz-Naxçıvan”. Futbolçular da özlərini Ayxan Abbasova göstərmək üçün əlindən gələni edəcək.
Abbasovun siyahısında yer alan 7 futbolçu müntəzəm ÇL-də oynayır, illərdi Avropa səhnəsində çıxış edirlər. Komandada hansısa itki yoxdu. Rəqibin hücum xəttinin üç əsas futbolçusu yoxdu – Mbappe, Dembele, Due. Mbappenin yerində oynayacaq futbolçu, çox güman, “Liverpul”dan Ekitike olacaq.
Şükür Allaha, bizdə əmin-amanlıqdı. Nə zədəlilərimiz var, nə də cəzalı futbolçumuz. Yəqin ki, qapıda Portuqaliyaya, daha doğrusu Ronaldoya bir neçə il öncə qan udduran Şahruddin Məhəmmədəliyev duracaq. Sol cinahımız da əmin əllərdədi. Elvin Cəfərquliyev də, Toral Bayramov da “ok”di. Mərkəz müdafiəçilərimizin biri Bəhlul olacaq - şübhəsiz. Digəri də ya Rahil Məmmədov olar, ya da Elvin Bədəlov. Amma klub performansına baxsaq, Murad Xaçayev daha ideal seçimdi. Sağ cinahımız narahatdı. Nə Faiq Hacıyev odu, nə də Abbas Hüseynov. Bəlkə də Qismət daha yaxşı variantdı. Amma Ukrayna ilə oyunda o da özünü yaxşı tərəfdən göstərə bilməmişdi. Dayaq zonasında da Abdulax Xaybulayev Ayxan Abbasovun əvəzedilməzi kimi görünür. Yanında da Emin Mahmudov, İsmayıl İbrahimli, Səbuhi Abdullazadə, ya da elə Murad Xaçayev özü idealayaxın variantdı. İrəli zonada da bəlkə Emin Mahmudov. Ya da ki Anatoli Nuriyev. Vingerlərin biri Toral ola bilər. Digəri də Rüstəm. Mərkəzdə isə tam formadadısa, Nəriman. Yəqin ki, son iki ayda klubunda bir oyuna belə çıxmayan Mahir Emreli oynamaz.
Ayxan bəy, çempionu səfərdə “Benfika”nı məğlub edən, ÇL-də iki oyuna 6 xal toplayan ölkənin futbolu Fransadan xal da ala bilər. İnanıram ki, siz də futbolçuları bunu kökləyə biləcəksiz. Mən inanıram ki, siz bunu bacaracaqsız! Fransadan xal da almaq olar, xallar da! Yetər ki, motivasiya və inam olsun.
Xal və ya xallar almaq real olmasa da, ən azı mənim arzumdu. Arzulamaq ki günah deyil!
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Oktyabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri