Icma.az
close
up
RU
“Fransadan xal almaq möcüzə olardı” ŞƏRH

“Fransadan xal almaq möcüzə olardı” ŞƏRH

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan milli komandası bu gün 2026-cı il futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Fransa yığmasına qarşı vacib qarşılaşmaya çıxacaq. Ayxan Abbasovun baş məşqçi postuna təyin olunmasından və Ukrayna ilə keçirilən oyundakı uğurlu çıxışdan sonra azarkeşlərdə milliyə inam yenidən artıb. Bəs görəsən, bu gün şans Azərbaycan millisinin tərəfində olacaq?

Futbol eksperti Elçin Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, rəqibimiz dünya və Avropa çempionu olmuş Fransa yığmasıdır, hansı ki, heyətinin üzvləri Avropanın aparıcı klublarında forma geyinirlər və dünyanın ən bahalı futbolçuları sırasında yer alırlar.

Ekspert deyib ki, bu gün biz ad olaraq Fransaya uduzsaq da, bu, böyük bir rezonans yaratmamalıdır:

“Amma əsas diqqət edilməli məqam millimizin necə oynayacağı, rəqibə qarşı hansı formada müqavimət göstərəcəyi və meydanda necə dirənəcəyidir. Hər kəs bu oyunda mübariz bir komanda görmək istəyir. Uzun illərdən sonra milli komandamızın baş məşqçi postu yerli mütəxəssisə – Ayxan Abbasova həvalə edilib. O, bu işin öhdəsindən, məncə, gələr. Düzdür, Fransa kimi rəqibə qarşı qısa müddətdə nəsə dəyişmək mümkün deyil, amma Abbasov futbolçuları yaxşı tanıyır, onların hansı mövqedə daha faydalı olduğunu bilir və onlardan maksimum nə ala biləcəyini də anlayır”.

E. Cəfərovun fikrincə, yığmamızdan mübarizə gözləmək olar. Meydanda konkret oyun planı, taktiki yanaşma görəcəyik. Əvvəlki dönəmlərdə bu çatışmırdı:

“İndi isə düzgün mövqelərdə düzgün oyunçu seçimləri edildiyini müşahidə edəcəyik. Bu oyun futbolçular üçün də bir vitrindir. Onlar özlərini göstərmək, diqqət çəkmək üçün meydanda döyüşməlidirlər. Təbii ki, reallığı da qəbul etməliyik – Fransadan xal almağımız, açığı, möcüzə olardı. Amma əsas olan, mübarizəni görməkdir. Bu, həm gələcək üçün inam yaradacaq, həm də sübut edəcək ki, futbolçularımız oynamağı, döyüşməyi bacarır. Sadəcə, düzgün mütəxəssis toxunuşuna ehtiyac var”.

Ekspert qeyd edib ki, bu gün meydanda taktiki savaş, döyüşkənlik və mübarizlik izləyəcəyik. Keyfiyyət fərqi isə, təbii ki, Fransanın xeyrinə olacaq:

“Böyük hesablı məğlubiyyət gözləmirəm, amma məğlubiyyət qaçılmazdır. Təəssüf ki, bu reallıqdır. Amma futbol elə oyundur ki, hər şey mümkündür. Qarşıda Mbappeli Fransa var, amma biz meydanda ruhumuzu, xarakterimizi göstərməliyik. Qoy futbolçularımız desinlər ki, biz oynaya bilirik, biz işləyə bilirik, sadəcə, bizə düzgün istiqamət və oyun planı lazım idi. Millimizə uğurlar arzu edirəm”.

Qeyd edək ki, Parisdə keçiriləcək qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Oktyabr 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see674

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see367

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see175

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see173

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri