Icma.az
close
up
RU
Fransaİsrail matçı gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçiriləcək

Fransaİsrail matçı gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçiriləcək

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 14-də Fransanın paytaxtı Parisətrafı Sent-Denidə yerləşən "Stade de Frans" stadionunda keçiriləcək Fransa-İsrail futbol matçı üçün intensiv təhlükəsizlik tədbirləri görülür.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, milli mətbuatda çıxan xəbərlərə görə, gələn həftə "Stade de Fransda" keçiriləcək Fransa-İsrail matçı üçün indiyədək 20 min bilet satılıb.

Fransa Milli Futbol Komandasının 80 min azarkeş tutumuna malik “Stad de Frans” stadionunda keçirdiyi matça ilk dəfə olaraq bu qədər az bilet satılıb.

Noyabrın 7-də Hollandiyanın paytaxtı Amsterdamda UEFA Avropa Liqasında keçirilən Ayaks-Makkabi Təl-Əviv matçı öncəsi və zamanı baş verən hadisələrdən sonra Fransa rəsmiləri noyabrın 14-də Fransa-İsrail futbol matçı üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri görür.

Oyun günü stadionun ətrafında təhlükəsizlik zonası yaradılacaq və bu əraziyə daxil olmaq üçün akkreditasiya tələb olunacaq. Azarkeşlərdən çanta və butulka ilə stadiona gəlməmələri istənilsə də, "Stade de France" ətrafındakı mağazalar yerli vaxtla saat 15.30-da bağlanacaq. Paytaxt Paris və matçın keçiriləcəyi Sen-Deni şəhərində bütövlükdə 4 min polis və jandarm xidmət edəcək. Bundan əlavə, oyun günü stadionda 1400 işçi çalışacaq. Qarşılaşma meydançasına yaxın tribunalarda heç bir azarkeş əyləşməyəcək və stadionun altındakı dayanacaqlar bağlanacaq.

Fransa-İsrail matçına təyin edilmiş təhlükəsizlik qüvvələrinin sayı 80 min azarkeşin olduğu eyni stadionda oynanan yüksək gərginlikli "Paris Saint Germain" (PSG) və "Olimpik Marsel" matçlarında olduğundan iki dəfə çoxdur.

Fransanın daxili işlər naziri Bruno Retaillo dünən "X" hesabında etdiyi paylaşımda Fransa-İsrail futbol matçının başqa yerdə keçirilməsi tələbini rədd etdiyini açıqlayıb. Retaillo qeyd edib ki, onun göstərişi ilə Paris polisinin rəisi Loran Nunes “Stad de Frans”da keçiriləcək matç üçün lazımi təhlükəsizlik tədbirləri görüb.

Noyabrın 7-də Hollandiyanın paytaxtı Amsterdamda UEFA Avropa Liqasında "Ayaks" - "Makkabi Təl-Əviv" matçından əvvəl, həmçinin oyun zamanı israilli və fələstinli azarkeşlər arasında münaqişə yaşanıb, baş verən hadisələr nəticəsində 62 nəfər saxlanılıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2024 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri