Icma.az
close
up
RU
Fransaİsrail futbol matçına Fələstin bayrağının gətirilməsi qadağan edilib

Fransaİsrail futbol matçına Fələstin bayrağının gətirilməsi qadağan edilib

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 14-də Fransanın paytaxtı Parisin ətrafı Sen-Denidə keçiriləcək Fransa-İsrail futbol matçına Fələstin bayrağının gətirilməsi qadağan edilib.

Bizimyol.info xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, Fransa prezidenti Emmanuel Makron Fransa-İsrail matçını "Stade de Fransdan izləyəcək.

Paris polis rəisi Loran Nunes gərgin təhlükəsizlik tədbirləri altında matçın keçiriləcəyi stadiona Fələstin bayrağının gətirilməsinin qadağan edildiyini açıqlayıb. Qarşılaşmaya yalnız Fransa və İsrail bayraqlarının gətirilməsinə icazə veriləcək.

Oyuna baxmağa gələn azarkeşlər stadionun ətrafında iki dəfə təhlükəsizlik yoxlamasından və şəxsiyyət vəsiqəsi yoxlanışından keçiriləcək. Bədənin yoxlanmasına və şəxsiyyət vəsiqəsinin yoxlanılmasına icazə verməyənlər stadiona buraxılmayacaq.

Meydançaya yaxın tribunalar boş qalacaq və matç zamanı stadionda mülki geyimli polislər də fəaliyyət göstərəcək. İsrailli futbolçuların təhlükəsizliyini polisin xüsusi təyinatlı RAID qrupları təmin edəcək.

Digər tərəfdən, İsrail hakimiyyəti öz vətəndaşlarına matça getməməyi tövsiyə edib. Noyabrın 7-də Hollandiyanın paytaxtı Amsterdamda UEFA Avropa Liqasında oynanılan “Ayaks” – “Makkabi Təl-Əviv” matçı öncəsi və oyun zamanı baş verən hadisələrdən sonra Fransa rəsmiləri noyabrın 14-də Fransa-İsrail futbol matçı üçün sıx təhlükəsizlik tədbirləri görür.

Oyun günü stadionun ətrafında yaradılacaq təhlükəsizlik zonasına daxil olmaq üçün akkreditasiya tələb olunacaq. Azarkeşlərdən çanta və butulka ilə stadiona gəlməmələri xahiş edilib və "Stade de France" ətrafındakı mağazalar yerli vaxtla saat 15.30-da bağlanacaq.

Paytaxt Paris və matçın keçiriləcəyi Sen-Deni şəhərində cəmi 4 min polis və jandarm xidmət edəcək. Bundan əlavə, oyun günü stadionda 1400 işçi çalışacaq.

Xatırladaq ki, noyabrın 7-də Hollandiyanın paytaxtı Amsterdamda UEFA Avropa Liqasında oynanılan “Ayaks” – “Makkabi Təl-Əviv” matçı öncəsi və oyun zamanı İsrail azarkeşləri ilə fələstinlilər arasında yaşanan qarşıdurma böyük səs-küyə səbəb olub. Hollandiyada matçdan əvvəl və sonra yaşanan hadisələrlə bağlı 63 nəfər saxlanılıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri