Icma.az
close
up
RU
Fransalı geopolitoloq: Fransa Avropada islamofob tendensiyaların mərkəzinə çevrilib

Fransalı geopolitoloq: Fransa Avropada islamofob tendensiyaların mərkəzinə çevrilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 may, AZƏRTAC

İslamofobiya xüsusilə Avropa məkanında getdikcə daha aktual problemə çevrilir. Fransa isə bu kontekstdə xüsusi önəm daşıyır. Qitənin ən böyük müsəlman icmasına sahib olan bu ölkədə müsəlmanlar uzun illərdir sistemli diskriminasiyaya məruz qalırlar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında fransız jurnalist və geopolitoloq Jan-Mişel Brun söyləyib.

Onun sözlərinə görə, Fransada ifrat sağçı qüvvələrin siyasi müstəvidə artan nüfuzu müsəlmanlara qarşı əsassız və məntiqsiz qadağaların tətbiqinə səbəb olur. “Hazırda Fransa Avropada islamofobiya meyillərinin əsas mərkəzinə çevrilmiş vəziyyətdədir”, – deyə o vurğulayıb.

Jan-Mişel Brun bu fikirləri Bakıda keçirilən islamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində bölüşdüyünü də bildirərək qeyd edib ki, o, artıq üçüncü dəfədir bu əhəmiyyətli forumda iştirak edir: “Bu tədbir son dərəcə mühüm və faydalı platformadır. Lakin müşahidələrim göstərir ki, illərdən bəri davam edən müzakirələr və konfranslara baxmayaraq, real nəticələr əldə olunmur. İslamofobiya problemi olduğu kimi qalır. Hər il eyni məsələlər gündəmə gətirilir, lakin praktikada ciddi irəliləyiş müşahidə edilmir”.

Fransalı jurnalist hesab edir ki, islamofobiya ilə mübarizə təkcə müzakirələrlə məhdudlaşmamalıdır: “Bu sahəyə ciddi maliyyə vəsaiti ayrılmalı, konkret layihələr icra olunmalıdır. Ölkələr arasında təcrübə mübadiləsi genişləndirilməli, maarifləndirici proqramlar və təşəbbüslər dəstəklənməlidir”.

Onun fikrincə, Fransada media sektorunun əhəmiyyətli hissəsi islamofob baxışlara sahib radikal milyarderlərin təsiri altındadır: “Nəticədə ictimaiyyətə təqdim olunan məlumatlar obyektivlikdən uzaq olur və dini nifrəti təşviq edən məzmun daşıyır. Bu vəziyyətin dəyişməsi üçün müsəlman ölkələri daha fəal mövqe sərgiləməli və Fransa mediasına strateji investisiyalar yatırmalıdır. Məqsəd İslam haqqında obyektiv, doğru və maarifləndirici məlumatların yayılmasını təmin etmək, yerli medianı islamofobiya ilə mübarizədə mühüm tərəfdaşa çevirməkdir. Yalnız bu cür sistemli və məqsədyönlü yanaşma ilə islamofobiyanın qarşısını almaq mümkündür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri