Icma.az
close
up
RU
Fransa dünya erməniçiliyinin əsas mərkəzinə çevrilib

Fransa dünya erməniçiliyinin əsas mərkəzinə çevrilib

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;


Diaspora Komitəsi erməni lobbisinin təhdidlərinin neytrallaşdırılması üçün bu ölkəyə daha çox diqqət yetirməlidir


Hazırda diasporların formalaşma prosesi çox geniş miqyas alıb. Dünyada elə bir ölkə tapmaq mümkün deyil ki, orada başqa xalqın diasporu olmasın. Tarixin müxtəlif dövrlərində bir çox səbəblər üzündən baş vermiş miqrasiya prosesləri Azərbaycan diasporunun formalaşmasına səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza 2020-ci il 27 sentyabr tarixli müraciətindən sonra Azərbaycan diaspor təşkilatlarına Dövlət Komitəsi tərəfindən müraciət ünvanlanıb. ABŞ, Kanada, Almaniya, Fransa, Niderland, Polşa və digər ölkələrin bir sıra şəhərlərində Azərbaycan həqiqətlərini əks etdirən 100-ə yaxın afişa və posterlər yerləşdirilib. Komitənin təşəbbüsü ilə Azərbaycana dost xalqların diaspor nümayəndələri vasitəsilə Fransa, İtaliya, İngiltərə, Belçika, Moldova, Ukrayna daxil olmaqla, 14 ölkənin mediasında 45 məqalə yayımlandı. Ümumilikdə isə Tovuz təxribatından sonra diaspor təşkilatları tərəfindən 60 ölkədə 32 dildə 535 məqalə dərc edilib. Ermənistanın işğalçılıq siyasəti, ordumuzun torpaqlarımızın bütövlüyü uğrunda apardığı hərbi əməliyyatlarla bağlı həqiqətləri əks etdirən müxtəlif dillərdə minlərlə məktub Azərbaycan diaspor könüllüləri, xaricdə yaşayan gənclər vasitəsilə dünyanın aparıcı siyasətçilərinə və ABŞ konqresmenlərinə

göndərilib. Dövlət Komitəsinin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq bəyanat göndərilib. Demək olar ki, Ermənistanla mübarizədə yeni bir cəbhə - Azərbaycan diasporu cəbhəsi açılıb. 44 günlük Vətən müharibəsi günlərində xaricdə yaşayan soydaşlarımız yalnız aksiyalar keçirməklə, informasiya təbliğatı aparmaqla kifayətlənməyiblər. Həmçinin, Azərbaycan Ordusuna, şəhid ailələrinə, qazilərimizə maddi dəstək göstərilməsində yüksək fəallıq nümayiş etdiriblər. Məsələn, müharibə günlərində Amerikanın və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən ordumuza, şəhid ailələrinə və qazilərimizə maddi dəstək göstərilib. Xaricdə yaşayan azərbaycanlılar tərəfindən Azərbaycan dövlətinə dəstək, milli mədəniyyətimizin təbliği ilə bağlı aksiyalar, müxtəlif tədbirlər müharibə başa çatdıqdan sonra da davam etdirilir. İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən, yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Qarabağ Zəfərindən sonra həmvətənlərimiz ilk dəfə 2022-ci ilin aprel ayında işğaldan azad olunmuş Qarabağda - Şuşada Dünya azərbaycanlılarının V qurultayına toplaşdılar. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi Zəfər qurultayına dünya azərbaycanlıları bir daha öz sarsılmaz və əbədi həmrəyliklərini dünyaya nümayiş etdirdilər. Dünya azərbaycanlılarının V qurultayı tarixə Zəfər qurultayı kimi düşdü. Qeyd edək ki, dünya azərbaycanlılarının ötən müddətdə baş tutan möhtəşəm qurultaylarının Azərbaycan diasporunun həmrəyliyi, milli maraqları uğrunda təşkilatlanması istiqamətində müstəsna əhəmiyyəti olub. Prezident İlham Əliyev diaspor quruculuğu sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət mərkəzində saxlayıb. Azərbaycan diaspor təşkilatlarının təşkil etdiyi forum və tədbirlərdə iştirak edən dövlət başçısı, diaspor nümayəndələri ilə görüşləri və müraciətləri ilə azərbaycançılıq ideyalarının uğurla davam etdiyini və inamla həyata keçirildiyini bir daha təsdiq edir. Prezident İlham Əliyevin diaspor quruculuğu sahəsində apardığı ardıcıl və məqsədyönlü siyasəti artıq öz uğurlu nəticəsini verməkdədir. Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması, onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatına uğurlu inteqrasiyasının təmin olunması, diasporlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının təbliği dövlətimizin qarşısında duran mühüm vəzifələrdəndir. 

Ötən gün Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirak etdiyi videokonfrans təşkil olunub. 2024-cü ilin yekunlarına həsr olunan videokonfransda xaricdəki Azərbaycan Evlərinin, Koordinasiya Şuralarının, həftəsonu məktəblərinin nümayəndələri, dünyanın nüfuzlu ali məktəblərinin, elmi mərkəzlərinin azərbaycanlı alim və professorları, müxtəlif sahələri təmsil edən nüfuzlu şəxslər, mədəniyyət və incəsənət xadimləri iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, 2024-cü ildə həyata keçirilən layihələr barədə məlumat verib, diaspor quruculuğunun uğurla davam edən yeni və mühüm mərhələsindən danışıb, bu sahəyə töhfələr verən soydaşlarımıza təşəkkür edib. Bildirilib ki, bu gün dünya azərbaycanlıları bir yumruq kimi birləşib, ölkəmizin nüfuzunun daha da artırılması üçün mühüm addımlar atır, hər zaman Azərbaycanın yanında olduqlarını və dövlət başçısının siyasətini dəstəklədiklərini bəyan edirlər. Komitə sədri qeyd edib ki, bu gün ölkəmizi dünyada layiqincə təmsil edən yüzlərlə soydaşımızın bir yerdə olması onların hər zaman dövlətimizin yanında olmalarının göstəricisidir və bu, güclü Azərbaycanın güclü diasporunun formalaşdığının ən bariz nümunəsidir. Komitənin və Azərbaycan diasporunun illik fəaliyyətinə dair qısa videohesabatın təqdimatından sonra ilin yekunları ilə bağlı geniş və maraqlı fikir mübadiləsi aparılıb, nəticələr təhlil olunub. Ötən il diaspor quruculuğu sahəsində qazanılan saysız uğurlardan danışan soydaşlarımız birlik və bərabərliyin təmin olunmasını, diasporun inkişafı ilə bağlı çevik mexanizmlərin yaradılması yolunda görülən işləri, həyata keçirilən layihələri təqdir edib, diaspora çoxistiqamətli yanaşmaların perspektivləri ilə bağlı təkliflərini səsləndiriblər. Çıxış edənlər milli maraqlarımızın beynəlxalq aləmə çatdırılması sahəsində ildən-ilə daha sistemli yanaşmanın formalaşdığına diqqət çəkiblər. Belə geniştərkibli konfransın təşkil olunmasının icmalararası münasibətlərin inkişafına təkan verdiyini nəzərə çatdırıblar. Ənənə halını alan videokonfransı diaspora müasir konseptual yanaşmanı formalaşdıran güclü siyasi platforma kimi qiymətləndiriblər. Konfrans boyu xarici ölkələrdə yaşayan azərbaycanlı musiqiçilərin ifaları səslənib, icma üzvlərinin, Azərbaycan Evlərinin və həftəsonu məktəblərinin kollektivlərinin hazırladığı videomateriallar nümayiş olunub. Hər bir ifa, hər bir videomaterial iştirakçıların zövqünü oxşayıb və sürəkli alqışlarla qarşılanıb. Videokonfransda Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən bir qrup soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” AR medalı ilə təltif olunub. Konfrans iştirakçıları Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dünya azərbaycanlılarına göstərdikləri həssas münasibət və qayğıya görə minnətdarlıqlarını bildirib, hər zaman Azərbaycanın sevincinə sevinib, kədərinə şərik olacaqlarını bəyan ediblər. 


Siyasi şərhçi, araşdırmaçı-jurnalist Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirak etdiyi videokonfransın keçirilməsi, sözsüz ki, müsbət haldır. Bu qədər soydaşımızın bir araya gəlməsini alqışlayırıq. Ekspertin sözlərinə görə, sözügedən onlayn-konfransda səsləndirilən fikirlərdən və xüsusən də komitə sədri Fuad Muradovun çıxışından belə məlum oldu ki, hazırda diaspor quruculuğu uğurla davam edir: 

seeBaxış sayı:229
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Fevral 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri