Icma.az
close
up
RU
Fransalı nazir avtomobil istehsalçısından rüşvət almaqda ittiham olunur

Fransalı nazir avtomobil istehsalçısından rüşvət almaqda ittiham olunur

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın mədəniyyət naziri Raşida Dati Avropa Parlamentinin üzvü olduğu dövrdə korrupsiya və səlahiyyətdən sui-istifadə ittihamları ilə məhkəmə qarşısına çıxacaq.

"Report"un Avropa bürosunun fransız mediasına istinadən məlumatına görə, gələn il Parisin meri vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdıran Dati "Renault-Nissan" avtomobil konserninin maraqlarını lobbçilik etməkdə ittiham olunur. İddialara əsasən, siyasətçi 2010-2012-ci illərdə avtokonsernin Niderlanddakı törəmə şirkətindən hüquqi xidmətlər üçün təxminən 1 milyon avro məbləğində qonorar alıb. Halbuki Dati əslində heç bir xidmət göstərməyib. Həmin dövrdə o Avropa Parlamentinin deputatı olub (2009-2019).

Məhkəmə orqanlarındakı mənbə bildirir ki, Fransa hakimlər həmçinin "Renault-Nissan"ın keçmiş rəhbəri Karlos Qonu da məhkəməyə cəlb etmək qərarına gəliblər.

71 yaşlı Qon Yaponiyada həbsdən qaçdıqdan sonra bir neçə ildir Livanda yaşayır və Dati kimi, ona qarşı irəli sürülən ittihamları rədd edir.

Məhkəmə dinləmələri sentyabr ayının sonuna təyin olunub. Bununla belə, bəzi mənbələr məhkəmənin Parisdə bələdiyyə seçkilərindən sonraya təyin edilə biləcəyinə işarə edirlər.

Bundan əlavə, Dati Parisin rayonlarından birini təmsil etmək üçün keçmiş baş nazir Mişel Barnyeyə qarşı Fransanın Milli Assambleyasına gözlənilən əlavə seçkilərdə iştirak etmək imkanını nəzərdən keçirir.

Şimali Afrikadan olan immiqrant fəhlələrin qızı olan Raşida Dati dəfələrlə ittihamların götürülməsinə nail olmağa cəhd edib, lakin uğursuz olub. "İşin cinayət məhkəməsinə verilməsinə baxmayaraq, Raşida Dati hökumətdə qalacaq", - deyə prezident Emmanuel Makronun yaxınları bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 İyul 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri