Hakim 50 milyon rüşvət almaqda ittiham olunur
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Rusiyanın Soçi şəhərində sabiq hakim Sergey Boqdanoviç barəsində cinayət işinin başlanmasına razılıq verilib.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsi məlumat yayıb.
Bildirilib ki, Rusiya Hakimlərinin Ali İxtisas Kollegiyası Soçinin Lazarevski Rayon Məhkəməsinin istefada olan hakimi barəsində cinayət işi başlanmasına razılıq verib.
İstintaqın məlumatına görə, Boqdanoviç müəyyən şəxslərin vasitəsilə işinə baxdığı yerli sahibkara 50 milyon rubl müqabilində real həbs cəzasından yayınmağı təklif edib. Razılaşmaya əsasən, sahibkar məbləğin yarısını məhkəmə baxışından əvvəl, qalan hissəsini isə hökm elan edildikdən sonra ödəməli imiş.
Hakim sahibkara pulu toplamaq üçün vaxt vermək məqsədilə məhkəmə iclasını təxirə salıb.
Pulun ötürülməsi vasitəçilər üzərindən, əməliyyat-axtarış tədbirləri çərçivəsində həyata keçirilib.
Boqdanoviç barəsində Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işinin başlanması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 10 Noyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















