Icma.az
close
up
RU
Fransanı sarsıdan terror hücumlarının 10 cu ildönümü: anım mərasimləri keçirilir

Fransanı sarsıdan terror hücumlarının 10 cu ildönümü: anım mərasimləri keçirilir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Paris, 13 noyabr, AZƏRTAC

Fransanı sarsıdan terror hücumlarından düz on il keçir. 2015-ci ilin noyabrın 13-də, gecə 132 nəfərin həyatına son qoyan və yüzlərlə insanı yaralayan bu faciənin ildönümü münasibətilə ölkə miqyasında anım tədbirləri keçirilir.

AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron başda olmaqla, bir çox dövlət rəsmiləri, qurbanların ailələri və vətəndaş cəmiyyəti nümayəndələri bu gün həmin hadisələrə həsr edilmiş müxtəlif mərasimlərdə iştirak edəcəklər.

Fransa Terror Qurbanları Assosiasiyası bazar günü iki xeyriyyə yürüşü təşkil edib. Bu həftənin əvvəlindən parislilər Respublika meydanındakı heykəlin önünə şam, gül və məktub qoyublar. Bu meydan 2015-ci ildən xatirə və həmrəylik simvoluna çevrilib. Eyni zamanda, meydanda pulsuz sərgi açılıb. Burada terror hücumlarından sonra şəhərin müxtəlif yerlərində çəkilmiş fotoşəkillər və həmrəylik səhnələri nümayiş olunur.

Prezident Emmanuel Makron gün ərzində bütün hücum olmuş yerləri ziyarət edəcək və ailələri ilə birlikdə qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Mərasim iştirakçıları “Saint-Denis”də “Stade de France” stadionunu, “Le Carillon” və “Le Petit Cambodge” restoranlarını, “La Bonne Bière” kafesini, “Le Comptoir Voltaire”, “La Belle Équipe” məkanlarını ziyarət etdikdən sonra “Bataclan” konsert zalı önündə əsas anım mərasiminə qatılacaqlar.

Axşam saat 18:00-da Parisdəki “Saint-Gervais” meydanında, “13 noyabr” bağında ümumi anım mərasimi keçiriləcək. Tədbirdə qurbanların adları bir-bir oxunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see167

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see165

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see155

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see139

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see138

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see138

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see134

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri