Icma.az
close
up
RU
BMT Fransanı cəzalandıra bilər

BMT Fransanı cəzalandıra bilər

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi məkanda Niderland və Fransa müstəmləkəçiliyinə qarşı aksiya keçirilib

Müasir dünya xalqların dinc, sülh şəraitində yaşamasını özündə ehtiva edir. Həm də dünyamız müstəmləkəçiliyi, insanlığa qarşı olan cinayətləri qətiyyətlə rədd edir. Yəni bəşəriyət informasiya-texnologiya, düşüncə və təfəkkür baxımından tamamilə dəyişib sivil, demokratik bir dünya düzəni qurulduğu üçün hər hansı bir zorakılıq, insan hüquq və azadlıqlarının pozulması yolverilməzdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyada sülhün və təhlükəsizliyə, azad, firavan cəmiyyətlərin quruculuğuna töhfə verməli olan dövlətlər əks mövqe və fəaliyyət yolu sərgiləyirlər. Dövlət və şəxsi maraqlarını yeritmək üçün sivil, azad dövlətlərə hərbi müdaxilələr də edib, mülki insanları kütləvi şəkildə qətlə yetirib, şəhər və qəsəbələri xarabazarlıqlara çevirirlər. Bu səbəbdəndir ki, hazırda dünyamız təlatülmlü, həm də narahat bir dövrünü yaşayır. Hətta bir nüvə silahı ilə dünyamızın dağılması riski altında olduğu qeyd olunur. Şimali Koreyanın rəhbəri Kim Çenin ABŞ-ı nüvə silahı ilə təhdid etməsi fonunda Rusiya prezidenti Vladimir Putinin “Rusiyasız dünya bizim nəyimizə lazımdır” deyərək Qərbi və ABŞ-ı nüvə silahı ilə hədələməsini misal olaraq göstərmək olar. Bəşəriyyət üçün ən təhlükəli dövlət isə Fransanın olduğunu desək, səhv etmərik. Çünki bu yarım vəhşi dövlət son yüz illər ərzində milyonlarla insanın həyatına son qoyub, ölkələrin dağılmasına, şəhər və kəndlərin yer üzündən silinməsinə səbəbkar olub. Təkcə Əlcəzairin işğalı zamanı Fransa ordusu tərəfindən 2 milyondan çox əlcəzairli öldürülmüş, yüz minlərlə insan isə yaralanmış, sağlamlığından məhrum edilmişdir. Fransa Əlcazairdə insanları məhv etməklə kifayətlənməyərək, ətraf mühitindən sıradan çıxmasını həyata keçirib. 1960-1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan da 11-i yeraltı sınaqlar olmuşdur. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir. Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairə tarixi səfəri zamanı mövcud faktları dünya ictimaiyyətinin diqqətinə çatdıraraq Fransanın Əlcəzairə, Ermənistanın isə Azərbaycana qarşı eyni terror metodundan istifadə etdiyini bildirmişdir: “Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı”.

Fransa azad, sivil dünyaya qarşıdır

Dünya bütün sahələrdə dəyişsə də, Fransanın qəsbkar və müstəmləkə siyasəti davam etdirilir. Fransanın işğal etdiyi Cibuti, Martinika, Yeni Kaledoniya, Qvadelupa, Boner, Sen-Martin, Fransız Polineziyası, Mayot, Fransız Qvianası, Nigeriya, Korsika, Tunis, Qayanadan və Çadda insanlığa və bəşəriyyətə qarşı amansız vəhşiliklər törədilib. Yüz minlərlə insan Fransa hakimiyyəti tərəfindən öldürülüb, həbsxanalara atılaraq işgəncələrə, vəhşiliklərə məruz qalıb. Ölkədaxili vəziyyət də ürəkaçan deyil. Hakimiyyət müsəlmanlara qarşı təqiblər həyata keçirir, milli zəmində ayrı-seçkiliklərə yol verir. Vəziyyətin məcrasından çıxdığını anlayan hakimiyyət səhv siyasət apardıqlarını etiraf edirlər. 2020-ci ilin yanvar ayında Fransanın daxili işlər naziri Kristof Kastaner 2019-cu ildə Fransada antisemitizm hərəkətlərinin 2018-ci il ilə müqayisədə 27 faiz, müsəlmanlara qarşı hərəkətlərin 54 faiz artdığını, xristianlara qarşı hərəkətlərin sabit, lakin ən yüksək səviyyədə qaldığını etiraf etmişdir. Həmçinin o, əsasən, təhdid xarakteri daşıyan irqçi və ksenofob hərəkətlərin 2018-2019-cu illər ərzində iki dəfədən çox artaraq 496-dan 1142-yə yüksəldiyini bildirib. 2019-cu ilin fevral ayında Fransada yəhudi qəbiristanlığında təxminən 80 məzara boya ilə svastika və digər nasist simvolları çəkilmiş, antisemit şüarlar yazılmışdır. Ümumiyyətlə, 2019-cu ildə Fransanın şərqində yerləşən yəhudi qəbiristanlıqlarında 180-dən çox məzar nasist simvolları ilə təhqir edilib. Faktlara istinadən demək olar ki, dünənə qədər Fransanın vəhşiliklərinə susan dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar artıq rəsmi Parisin soyqıqrımı siyasətinə etiraz etməyə başlayıblar. Azərbaycanın Fransanın müstəmləkə siyasətinə qarşı sərt mövqe bildirməsi və işğal altında əzilən xalqlara hər cür dəstək göstərməsi xüsusilə seçilir və demokratik düşüncəli xalqlar tərəfindən alqışlanır. Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neokolonializm və iqlim dəyişmələri. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasında olmasını bildirməsi dünya KİV-ləri və dövlətlər tərəfindən əsas diqqət çəkilən və haqlı hesab edilərək dəstəklənən mövqelərdəndir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur: “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”.

Sammitdə çxışında Prezident İlham Əliyev onu qeyd etdi ki, 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib: “Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır.Əgər Avropanın əsas diplomatı Josep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”.

COP29 konfransında Fransanın qəsbkar siyasətinə qarşı etiraz aksiyaları keçirildi

Sivil, demokratik dünya açıq şəkildə Fransanın qəsbikar, işğalçı siyasətinə qarşı sərt və qəti etrazını bildirdi. Artıq vəziyyət o həddə çatıb ki, Birləşmiş Millətlər Təşkilatının müvafiq strukturları da rəsmi Paris rejiminin soyqırımı siyasətinə qarşı çağırışlarla çıxış edir, bəyanatlarla səsləndirir. BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın neokolonializm siyasətini sərt tənqid edən hesabatla çıxış edib. Bildirilib ki, rəsmi Paris Yeni Kaledoniyada etirazların qurbanlarına kompensasiya ödəməlidir. BMT-nin İnsan Hüquqları Komitəsi Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı həddindən artıq güc tətbiq edənləri məsuliyyətə cəlb etməyə və Fransa hakimiyyətinin bu cür hərəkətlərinin qurbanlarına kompensasiya ödəməyə çağırıb. Komitənin bəyanatında qeyd olunub ki, Fransanın hüquq-mühafizə orqanları Yeni Kaledoniyada etirazlar zamanı həddindən artıq güc tətbiq edib və bu, bir neçə nəfərin ölümünə və yüzlərlə yaralının olmasına səbəb olub, onların arasında Kaledoniyanın yerli xalqı olan kanaklar da var. "Komitə həmçinin nümayişlərdə asayişin qorunması zamanı həddindən artıq güc tətbiq edilməsindən və 2024-cü ilin may ayından Yeni Kaledoniyada konstitusiya qanununa təklif olunan dəyişikliklərə qarşı etirazlar başlayandan bəri hüquq-mühafizə orqanları əməkdaşlarının həddindən artıq güc tətbiq etməsi və bunun bir neçə nəfərin ölümünə səbəb olması ilə bağlı dərin narahatlıq keçirir", - deyə qurumdan bildirilib.

BMT qurumu qeyd edib ki, Fransa həmçinin xarici miqrantların hüquqlarını pozur, onları İtaliya sərhədindən məcburi geri qaytarır və sığınacaq prosedurlarına çıxışlarını məhdudlaşdırır. Bu cür hərəkətlərlə Fransa hakimiyyəti insanların həyatına etinasız yanaşdığını nümayiş etdirir: “Komitə həmçinin Fransanı miqrantları kifayət qədər layiqli mənzillə təmin etmək səylərini gücləndirməyə və sərhəd bölgələrində, xüsusilə Fransa-Britaniya sərhədində, eləcə də Mayotda sığınacaq axtaranlarla, qeyri-qanuni miqrantlarla pis rəftara son qoymağa təkidlə çağırır. Fransa Yeni Kaledoniya ilə yanaşı, Fransız Polineziyasının da yerli xalqlarının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini asanlaşdırmalı və sürətləndirməlidir. Paris öz müqəddəratını təyinetmə prosesi ilə bağlı hər hansı bir tədbir həyata keçirməkdən öncə hər iki bölgənin yerli xalqları ilə məsləhətləşərək onların razılığını almalıdır”.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda Niderland və Fransa müstəmləkəçiliyinə qarşı aksiya keçirilib. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutan tədbirdə bu ölkələrin müstəmləkəsindən əziyyət çəkən dövlətlərin nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları "Yaşıl və dekolonizasiya olunmuş dünya naminə həmrəylik" adlı şüar qaldırıb. Eyni zaman da Bakı Təşəbbüs Qrupu (BTQ) və SAHEL Konfederasiyasını təmsil edən ASRAD təşkilatı COP29 çərçivəsində “Müstəmləkəçiliyin Afrikada investisiya perspektivlərinə mənfi təsirləri” mövzusunda tədbir keçirib. Tədbirdə Fransanın Afrikadakı keçmiş müstəmləkələrindən, digər fransız dənizaşırı ərazilərindən, Niderland koloniyalarından olan nümayəndələr, xarici və yerli jurnalistlər iştirak ediblər. Tədbirdə Afrikada kolonial keçmişin yaratdığı dərin sosial-iqtisadi problemlər və onların qitədə investisiya imkanlarına mənfi təsiri müzakirə olunub. Çıxış edənlər müstəmləkəçilikdən miras qalan qeyri-bərabərlik, resursların ədalətsiz və qanunsuz istifadəsi, qitənin inkişafını ləngidən səbəblər barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin investisiya sahəsində yaranan problemlər, dayanıqlı inkişaf və kənar müdaxilə olmadan Afrikada investisiyaların perspektivləri müzakirə olunub. Çıxışlarda qeyd olunub ki, müstəmləkəçiliyin əsas məqsədi Afrika ölkələrinin və dənizaşırı ərazilərin zəngin təbii ehtiyatlarını istismar etməkdir. Müstəmləkə istismarı ətraf mühiti çirkləndirən intensiv kənd təsərrüfatı və mədənçilik sahələrində daha ağır nəticələr doğurur. Monokultura torpağı tükəndirib, bəzi ölkələrdə və ərazilərdə səhralaşmaya səbəb olub. Müstəmləkə dövründə başlayan bu ekoloji deqradasiya bu gün də kənd təsərrüfatına və dolanışıq vasitələrinə təsir edir, ərzaq təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Tədbir iştirakçıları Fransanın və Niderlandın müstəmləkəsi altında olan ölkə və ərazilərdə ətraf mühitə ziyan vuran bütün qeyri-qanuni fəaliyyətlərin dayandırılması, yerli xalqların hüquqlarına hörmətlə yanaşılması ilə bağlı çağırış ediblər.

Müstəmləkəçiliyə və Fransada insan hüquq və azadlıqlarının pozulmasına qarşı dünyanın tərəqqipərvər xalqlarının və sivil, demokratik ölkələrinin apardığı fəal mübarizə onu deməyə əsas verir ki, rəsmi Paris vandal siyasətindən əl çəkə bilər. Yəni müstəmləkəçiliyə son qoya və ölkədə azad cəmiyyətin qurulmasına, insan azadlıqlarına hörmət etmək yolunu tuta bilər. Əks halda BMT çərçivəsində Fransanın ciddi şəkildə cəzalanması baş verəcək.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see388

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see387

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see273

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see225

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see212

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see206

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see196

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see189

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see187

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see175

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see172

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see171

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see167

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see167

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see165

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see161

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see159

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see158

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see152

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri