Fransanın ədliyyə naziri: Luvrun qarət edilməsi hakimiyyətin uğursuzluğudur
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Fransanın ədliyyə naziri və keçmiş daxili işlər naziri Jerald Darmanen Luvrun qarət edilməsini respublika hakimiyyətinin uğursuzluğu hesab edir.
Oxu.Az-ın məlumatına görə, o bu barədə "France Inter" radiostansiyasına müsahibəsində bildirib.
"Başa düşürəm ki, bütün yerlərin təhlükəsizliyini təmin etmək mümkün deyil, amma bir şey aydındır: biz uğursuzluğa düçar olduq. Əgər Parisin mərkəzində qaldırıcı qurğunu yerləşdirmək, bir neçə dəqiqə ərzində yuxarı qalxmaq, qiymətli bəzəkləri oğurlamaq və Fransanı bu cür biabırçı vəziyyətdə göstərmək mümkündürsə, bu o deməkdir ki, biz bacarmadıq", - deyə nazir vurğulayıb.
Muzeyin oktyabrın 20-də yerli vaxtla saat 9:00-da açılacağı bildirilib.
Xatırladaq ki, oktyabrın 19-da səhər saatlarında Luvrdan doqquz zinət əşyası oğurlanıb ki, onlardan bəziləri artıq tapılıb. Tapılan əşyalar arasında imperator III Napoleonun həyat yoldaşı Yevgeniyanın tacı da var.


