Icma.az
close
up
RU
Azərbaycanın ədliyyə naziri Pakistanın hüquq və ədliyyə naziri ilə müzakirələr aparıb

Azərbaycanın ədliyyə naziri Pakistanın hüquq və ədliyyə naziri ilə müzakirələr aparıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BakıŞ 30 may, AZƏRTAC

Ədliyyə naziri Fərid Əhmədov Özbəkistana səfəri çərçivəsində Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüş keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, hüquqi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan və Pakistan dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri bu münasibətlərin daha da möhkəmlənməsi və genişlənməsində əhəmiyyətli rol oynayır.

Fərid Əhmədov qeyd edib ki, 27-28 may tarixlərində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri, eyni zamanda, işğaldan azad edilmiş Laçında Azərbaycan-Türkiyə-Pakistan ikinci Zirvə görüşündə iştirakı münasibətlərimizin möhkəm olmasının bariz nümunəsidir.

Nazir ötən il imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun hüquqi sahədə əməkdaşlığın daha da genişlənməsində yeni perspektivlər açdığını vurğulayıb.

Görüşdə hüquqi əməkdaşlığın gələcək istiqamətləri, eləcə də, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Azam Nazir Tarar Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək məqsədilə yaxın aylarda ölkəmizə səfər etmək niyyətində olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri