Icma.az
close
up
RU
Fransanın iflasa uğrayan PLANI

Fransanın iflasa uğrayan PLANI

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrın əvvəlindən Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhədə baş çəkməsi halları artıb.

Bugünlərdə daha bir qrup Ermənistanın Zəngilanla sərhəddə yerləşən Nerkin Hand kəndi yaxınlığına gətirilib.

Yayılan görüntülərdə görünür ki, "müşahidəçilər"  Aİ-yə məxsus avtomobillərdə hərəkət edirlər, lakin sərhədə gələn üç avtomobildən birinin üzərində Fransanın bayrağı dalğalanıb. Avtomobillərdə altı mülki geyimdə şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olması ehtimal olunur.

Fransa  Ermənistan üzərində diqqətini cəmləşdirərək, bu ölkəni silahlandırmağa və hərbi bazalar yaratmağa çalışır. Azərbaycanla sərhəd ərazilərdə fransız kəşfiyyatçılarının aktiv olması, Parisin regionda mövqelərini gücləndirmək istəyinin bir göstəricisidir. Regionda gərginliyin artdığı bir şəraitdə Aİ-nin müşahidəçilərinin Azərbaycanla sərhəddə aktivləşməsi bir çox suallar doğurur. Fransız kəşfiyyatçılarının varlığı və onların Azərbaycan əraziləri haqqında məlumat toplaması, yeni provokasiyaların başlanması ehtimalını artırır. Azərbaycan öz maraqlarını və təhlükəsizliyini qoruyaraq, Fransanın bu planlarını həyata keçirməsinə imkan verməyəcək. 

İlk zamanlar müşahidə mexanizminə  hərbi kəşfiyyatçılardan ibarət Aİ-nin monitorinq missiyası daxil idi. Lakin bu, Fransa üçün kifayət etmədi.  Paris Gürcüstanda hakimiyyət dəyişikliyinə ümid edirdi. Fransada kəşfiyyatla əlaqədə ittiham olunan Salome Zurabişvilinin rəhbərliyi altında müxalifət qüvvələrinin parlament seçkilərində hakimiyyəti ələ keçirə biləcəyi güman edilirdi. Yəni, Fransa Gürcüstana müdaxilə etmək niyyətində idi. Amma hakim partiyanın seçkilərdə qalib gəlməsi bu ümidləri puç etdi.

Ona görə də indi diqqət yenidən Ermənistana yönəlib. Fransa Ermənistanı silahlandırır və hərbi bazaların yaradılması istiqamətində addımlar atır. Fransa kəşfiyyatçılarının sərhəddə peyda olması da məhz bu məqsədə - Azərbaycanla bağlı məlumatların toplanmasına xidmət edir.

Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov “Cümhuriyət”-ə bildirib ki, Aİ-nin müşahidə missiyasında aktivləşən  kəşfiyyatçılar  təkcə Azərbaycana qarşı deyil, eyni zamanda  Rusiyanın maraqlarına qarşı da aktivləşiblər: 

"Tezliklə ABŞ-də seçkilər keçiriləcək. Hər kəs seçki nəticələrinə əsaslanaraq müəyyən tədbirlərə hazırlaşır. Mən düşünürəm ki, Azərbaycan da seçkiləri diqqətlə izləyir və siyasi qərarlar qəbul etməyə hazırlaşır, çünki Zəngəzur dəhlizi və həll edilməmiş məsələlər var.

Hazırda  Türkiyə, Rusiya və Azərbaycan Cənubi Qafqazda stabilləşmədə müəyyən rol oynayırlar. Bu, Fransanın marağında deyil. Fransa bizim ortaq düşmənimizdir və Ermənistana dəstək verir. Afrikadan fransızlar çıxarılıb, indi onlar Zəngəzur dəhlizindəki uran ehtiyatlarına  ümid edirlər. Əgər bu dəhliz razılaşma çərçivəsində açılarsa, fransızlar orada heç bir şey edə bilməyəcəklər. Buna görə də böyük təxribatlar gözlənilir”.

Politoloq Türk Hava və Kosmik Sənaye şirkətinin (TUSAŞ) Ankaradakı KahramanKazan bölgəsindəki terrora işarə edib:

“Bu hadisə Prezident  Rəcəb Tayyib Ərdoğanın  Kazanda  keçirilən BRİCS forumunda iştirakı zamanı baş verdi. Bu, Ərdoğan üçün bir mesajdır. Beləliklə, əslində, bu missiya artıq üç ölkəyə qarşı işləyir”.

Türkiyəli ekspert, Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar açıqlamasında  Cənubi Qafqazın qlobal güc mübarizəsində son dərəcə vacib kəsişmə nöqtəsi olduğunu deyib: 

"Bir tərəfdən,  Ukrayna müharibəsi və İranla bağlı məsələlər, yəni Cənub-Qərb Dəhlizi, digər tərəfdən də Şimaldan Cənuba, Rusiyadan  Aralıq Dənizinə enən yollar məsələsi var. Bu yolların hamısı Cənubi Qafqazdan, xüsusilə də Zəngəzur dəhlizindən keçir. 

Bu aspektdən baxanda,  Fransanın və digər ölkələrin bu məsələdə öz mənfəətlərinə uyğun təsir göstərməyə çalışmaları aydındır. Məsələ yalnız bu deyil. Yəni, hər kəsin bir hədəfi, bir hesabı var, amma digər tərəfdən də edə biləcəkləri, yəni gücləri ortadadır. Gücləri nə qədər yetərlidir? Bu, vacib bir sual olaraq qalır. Gördüyümüz budur ki, Fransa bu bölgəyə  Ermənistan üzərindən daxil olmaq istəyir. Yalnız Fransa deyil, Avropa Birliyi, Rusiya, İran, ABŞ, Hindistanın da öz hesabı var.

Burada vacib onların nə etdikləri deyil. Vacib olan Türkiyə və Azərbaycanın baş verənlərə qarşı necə fəaliyyət və siyasət aparacağı, hansı strategiyanı ortaya qoyacaqlarıdır. Yəni bir reallıq var- yüksələn Türk dünyası. Qərb Türkiyə və Azərbaycanın  mübarizəsindən, Qarabağdakı qələbədən, müharibənin yaratdığı nəticələrdən son dərəcə narahatdırlar. Müharibənin yaratdığı və yaradacağı nəticələri əngəlləmək üçün əlindən gələni edəcək. Buna hazır olmalıyıq, bu reallıqdır. Mübarizə müharibə ilə bitmədi. Mübarizə daha yeni mübarizələri tətiklədi. Bu nöqtədə Türkiyə ilə Azərbaycanın strateji əməkdaşlığı və bu əməkdaşlıq bir çox oyunu pozacaq”.

Ekspert qeyd edib ki, bölgədə  hər kəsin bir hesabı var:

“Amma burada ən vacib məsələ Azərbaycanın  və Türkiyənin bütün bəşəriyyətin xeyrinə əldə edəcəyi nəticədir. Bunun üçün  çalışırıq, əlimizdən gələni edirik, amma bizi rahat buraxmayacaqları dəqiqdir. Bu səbəbdən Türkiyə ilə Azərbaycan  ittifaqı  son dərəcə əhəmiyyətlidir. İndi aramızdakı birliyin davam etməsi gələcəyin formalaşması üçün də son dərəcə önəmlidir. 

Bu baxımdan, Aİ həm fikrimizi yayındıracaq, həm də güc göstərəcək. Yəni, nəticədə Ermənistana gəlmək, bayrağı dalğalandırmaq, bir sıra provokativ işlərin altına imza atmaq edə biləcəklərinin bir işarəsidir. Bu baxımdan, sülh müqaviləsi çox vacibdir, yəni Ermənistanı  onların əlindən qurtarmaq son dərəcə önəmlidir".

Ekspert hesab edir ki, dünyada hazırda geosiyasi fırtına var:

“Bu baxımdan, yüksələn və çökən, uğurlu və uğursuz dövlətlər olacaq.  Bəziləri öz maraqları üçün sərhədləri dəyişməyə çalışacaqlar. Bunların hamısına hazır olmaq lazımdır. Bunu etməyə çalışan, bunu istəyən bir çox riski gözə alır. Biz də öz haqqımızı müdafiə etməliyik. Torpaqlarımızı qorumaq üçün çalışmalıyıq. Əslində isə bütün bəşəriyyəti müdafiə etməliyik. Mən inanıram ki, qalib biz olacağıq”.

Türkiyəli siyasi analitik Engin Özer isə  bu cür müşahidəçi, observer vəzifəsi yerinə yetirən hərbi mütəxəssislərin sərhəddə müşahidə aparmasının normal olduğunu deyib. Onun sözlərinə görə, hərbi kəşfiyyatda çalışmış insanların bu bölgədə işləməsi peşə baxımından doğrudur və orada bir qəribə heç nə yoxdur:

"Bu missiya nümayəndələri  hansı ölkəyə bağlıdırsa, həmin ölkənin hökumətləri tərəfindən istifadə edilirlər. Bu, yeni bir şey deyil və sadəcə Avropa İttifaqı ilə bağlı olmur. Yəni, bunu ABŞ də edə bilər.  Mənim fikrimcə, Fransanın orada kəşfiyyat vəzifələri yerinə yetirməsinin səbəbi Azərbaycanın üzərinə hücum etmək deyil. Logistika baxımından Fransanın o bölgəyə çatması mümkün olmaz. Onlar Azərbaycandakı hərbi hərəkətliliyi Ermənistan tərəfinə bildirmək və Ermənistanın onlara  daha çox ehtiyac duyacağı mühit yaratmaq istəyirlər. Yəni, Ermənistan tərəfini daha çox asılı vəziyyətə salmağa çalışırlar. 

Düşünürəm ki, bundan başqa Fransanın hansısa hücum planı  və ya təxribatı mümkün deyil. Çünki təxribat Ermənistanın xeyrinə olmaz. Avropa İttifaqı müşahidəçiləri  Qarabağ müharibəsindən əvvəl də orada idilər. Mənim fikrimcə, indiki halda təxribat törətmək  və ya münaqişəli mühit üzərindən diplomatik addım atmağı düşünməzlər".

Ekspert hesab edir ki, Avropa İttifaqının  bölgədə təxribat etmək üçün nə hərbi, nə də siyasi gücü var: 

“Sadəcə bu cür məlumatlar verərək Ermənistan hökumətini təsir altında saxlamağa çalışırlar. Fransa ilə Rusiya ciddi qarşıdurmadadır. Bu, Fransa və Rusiya arasındakı Gürcüstanda  Zurabaşvili məsələsinə, Ermənistan, Livan, Afrikaya qədər uzanan ciddi bir proksi qarşıdurmadır.  Lakin Türkiyə ilə Fransa arasında gərgin  münasibət yoxdur. Suriya siyasətində bir-birinə hətta çox yaxındırlar. Livan məsələsində də Fransa ilə Türkiyə artıq birlikdə çalışır.

Bu baxımdan, Türkiyə və Fransa arasında böyük bir gərginlik olduğunu demək olmaz. Fransanın Türkiyəni bölgədən çıxarmaq planı varsa, bu, ancaq Azərbaycan ilə Türkiyə arasında problem yaranacağı təqdirdə mümkündür. Fransanın Türkiyəni bölgədən çıxarmaq kimi bir niyyətinin olduğunu düşünmürəm. Çünki belə bir gücü yoxdur.

Lakin Rusiyaya ilə bağlı vəziyyət başqadır. Fransanın Ermənistanda, son günlərdə  isə həm də Gürcüstanda ciddi bir qarşıdurma meydanı var".

Səbinə Uğur
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see279

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see241

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see161

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see128

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

Neymar və het trik

04 Dekabr 2025 09:17see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see123

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri