Icma.az
close
up
RU
Fransanın gizli təlimi:

Fransanın gizli təlimi:

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paris Ukraynaya qoşun göndərmək ssenarisini nəzərdən keçirir - Rusiyadan xəbərdarlıq

Fransa gizli şəkildə Rusiyanın Belarus istiqamətindən irəliləyişini dəf etmək üçün Ukraynaya qoşun yeritmək ssenarisi üzərində məşq edib. “Intelligence Online”ın yaydığı məlumata əsasən, kod adı “Perseus” olan təlimlər ötən ilin payızında baş tutub və 10 gün davam edib. Onlara quru qoşunlarının (CAST) xüsusi əməliyyat bölmələri cəlb olunub. 3200 fransız əsgəri Kiyevin şimalında Dnepr çayının döngəsini xatırladan ərazidə təlim keçib. Onların taktikası 2022-ci ilin fevralında Rusiyanın hücumunu cilovlamağı bacaran Ukrayna Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanıb.

Komandanlıq əsas diqqət pilotsuz uçuş aparatlarının tətbiqi, elektron müharibə və kəşfiyyat, eləcə də yüksək gərginlikli döyüş şəraitində bölmələrin koordinasiyasının təmin edilməsinə yönəldilib. Nəşr yazır ki, eyni zamanda, təlimlərin bəzi iştirakçıları FPV dronlarının olmamasından narazı qalıblar və fransız istehsalçılarının belə modellərin hazırlanmasında geri qalmasından narahat olduqlarını bildiriblər.

Yanvarın 13-də Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla təhlükəsizlik təminatları çərçivəsində ölkəyə Qərb qoşunlarının yerləşdirilməsi ideyasını müzakirə etdiyini bildirib.

“Biz onun həyata keçirilməsi, mümkün genişləndirilməsi və digər ölkələrin bu prosesə cəlb olunması üçün əməli addımları nəzərdən keçirdik”, - deyə Ukrayna lideri qeyd edib.

Bir neçə gün əvvəl Zelenski belə bir addımın Rusiyanı sülhə məcbur etmək üçün “ən yaxşı vasitələrdən biri” olacağını söyləyib.

Makron və onun hökumət rəsmiləri müxtəlif funksiyaları yerinə yetirmək üçün Ukraynaya hərbi kontingentin yerləşdirilməsinin mümkünlüyünə dəfələrlə eyham vurublar. Məsələn, Prezident deyib ki, fransız qoşunları ukraynalı döyüşçülərə təlim keçə və ya sülhməramlı kimi xidmət edə, atəşkəs razılaşması əldə edildikdən sonra onun saxlanmasına kömək edə bilər. Makron həmçinin Rusiya cəbhəni yararsa və Kiyev kömək istəyərsə, fransız əsgərlərinin Ukraynaya göndərilməsinə icazə verəcəyini bəyan edib.

Hərbi analitiklər Fransa qoşunlarının ölkənin Belarus və Moldovanın şərqindəki tanınmamış rusiyapərəst “Dnestryanı respublikası” ilə sərhədlərində ukraynalıları əvəz edə biləcəyini və beləliklə, azad edilmiş Ukrayna bölmələrinin aktiv döyüşlərin getdiyi bölgələrə gedə biləcəyini irəli sürürlər.

Makronun Qərb qoşunlarının Ukraynaya yeridilməsi təklifi Rusiyanın kəskin reaksiyasına səbəb olub. Prezident Vladimir Putin “potensial işğalçıları” nüvə silahı ilə hədələyib və deyib ki, “onlar ərazilərindəki hədəflərin vurula biləcəyini başa düşməlidirlər”.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Ukrayna qoşunlarının təlimi ilə məşğul olan heç bir təlimatçının “toxunulmazlığı” yoxdur və “onların fransız olub-olmamasının fərqi yoxdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Yanvar 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri