Icma.az
close
up
RU
Fransanın Mərkəzi Afrika Respublikasında yeni təzyiq aləti humanitar proqramlar və QHT lər

Fransanın Mərkəzi Afrika Respublikasında yeni təzyiq aləti humanitar proqramlar və QHT lər

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kamerunun “Actucameroun.com” portalında “Humanitar proqramlar və qeyri-hökumət təşkilatları: Fransanın Mərkəzi Afrika Respublikasında yeni təzyiq aləti” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Mərkəzi Afrika Respublikasında (MAR) və qitədəki digər ölkələrdə hərbi nəzarəti itirən Fransanın qeyri-hökumət təşkilatları (QHT) vasitəsilə cəmiyyətə sızaraq bölgədəki təsirini saxlamaq üçün yeni strategiyadan istifadə etdiyi bildirilir. Qeyd olunur ki, Fransanın Banqidəki səfirliyi “Fransa Ekipi Fondu” layihəsi çərçivəsində MAR-da gender stereotipləri ilə mübarizədə vətəndaşların hazırlanması üçün görüş təşkil edib.

Məqalədə, həmçinin yazılır ki, Fransa MAR-da onilliklər boyu müstəmləkəçilik siyasəti aparıb, ölkədə vətəndaş müharibəsini dəstəkləyib, beynəlxalq qurumların zəifliyindən yararlanaraq sərvətlərini talan edib, öz şirkətləri vasitəsilə bu respublikanın daxili bazarını monopoliya altına alıb və dominant iqtisadi aktora çevrilib. MAR-ın digər iqtisadi qruplarını, eləcə də xalqı hələ də nəzarət altında saxlayır. Bu gün fransızlar Mərkəzi Afrika cəmiyyətinin inkişafı üçün nəyin lazım olduğunu düşündükləri haqqında ölkə sakinlərini maarifləndirmək və məlumatlılığı artırmaq görüntüsü yaratmaq istəyirlər. Əslində isə Fransa onilliklər boyu taladığı və talamaqda davam etdiyi ölkənin xalqını maarifləndirmək istəmir. Rəsmi Paris xalqın və hökumətin ənənəvi diplomatik və hərbi fəaliyyətinə qarşı artan müqavimətə cavab olaraq “yumşaq güc” tətbiq edir. Fransa özünün çökmüş Qərb dəyərlərini gender bərabərliyi adı altında MAR xalqına təbliğ edir.

Fransanın və bu ölkənin Banqidəki səfirliyinin QHT-lərə təsirini saxlamaq üçün dəstək verməsindəki rolu haqqında hesabatda göstərilir ki, Paris hazırda vətəndaş cəmiyyəti təşkilatlarını maliyyələşdirməklə Afrikada təsirini gücləndirməyə yönəlmiş fəaliyyət planı hazırlayır. Bu QHT-lər insan haqlarının və demokratiyanın təbliği adı altında Parisin diktə etdiyi ideoloji xəttin yayılmasında əsas rol oynayacaqlar. Bu ideya isə sadədir: hərbi təsiri şüurun hegemonluğu ilə əvəz etmək. Eyni hesabatda Fransanın PISCCA agentliyi rəsmi Parisin Afrikadakı təsirini genişləndirməyə yönəlmiş yeni proqramını həyata keçirən qurumlardan biri kimi qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see183

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see137

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see136

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri