Fransanın müxalifət nümayəndəsi: Etirazlar Makronun istefası ilə nəticələnməlidir
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransa Milli Assambleyası oktyabrda işə başladıqda sol müxalifət yeni baş nazir Sebastyen Lekornunun rəhbərlik etdiyi kabinetə etimadsızlıq təklifini parlamentində səsverməyə çıxarmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Tabe olmayan Fransa" solçu partiyasının milli koordinatoru Manuel Bompard "X" sosial şəbəkə hesabında yazıb.
"Biz danışıqlar barədə komediya oynamaq fikrində deyilik və Lekornu haqqında etimadsızlıq qətnaməsi təqdim edəcəyik", – deyə o yazıb.
M.Bompardın sözlərinə görə, bu belə ölkənin siyasi kursunu dəyişmək üçün kifayət etməyəcək. "Prezident Emmanuel Makronla siyasətdə heç bir dəyişiklik ola bilməz. Etirazların nəticəsi onun istefası olmalıdır", - Bompard bildirib.
Makron daha əvvəl demişdi ki, 2027-ci ildə səlahiyyət müddəti bitənə qədər prezident postunu tərk etməyəcək.
Xatırladaq ki, Lekornu sentyabrın 9-da Fransa Baş naziri təyin edilib. O hələ hökuməti formalaşdırmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 Sentyabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















