Icma.az
close
up
RU
Fransanın postsovet məkanına təsir imkanları Azərbaycan sayəsində çökdü Deputat

Fransanın postsovet məkanına təsir imkanları Azərbaycan sayəsində çökdü Deputat

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Emmanuel Makronun reytinqi azalmaqda davam edir və son altı ilin ən aşağı səviyyəsinə düşüb. Bu barədə “La Tribune Dimanche” qəzeti üçün keçirilən Ipsos-un sorğusuna əsasən məlumat yayılıb.
Yanvarın 12-də dərc edilən sorğunun nəticələri göstərir ki, Fransa liderinin reytinqi 2024-cü ilin noyabrı ilə müqayisədə iki pillə azalaraq 21%-ə düşüb. Beləliklə, Makronun bəyənmə reytinqi ən aşağı nöqtəyə çatıb. Məlumata görə, Makronun bəyənmə reytinqi 12 bal aşağı düşüb.
Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Demokrat.az-a açıqlama verib. 
O bildirib ki, Makronun Fransaya prezidentliyi dövründə beynəlxalq münasibətlər sistemində Fransanın nüfuzu, yeri və rolu kiçilməyə başlayıb:
“Bu gün təkcə dünyada deyil, eləcə də Avropanın özündə də Makron Fransanı ən təsirsiz aktorlardan birinə çevrilib. Makronun hakimiyyəti dövründə Fransanın daxilində də Fransa dövlətinin nüfuzu vətəndaşlarının nəzərində kiçilməyə başlayıbdır. Çünki Makron Fransası Fransanın sosial dövlət mahiyyətini azaltdı, Fransa iqtisadiyyatını kiçiltdi və ölkədə olan vətəndaşları müxtəlif əlamətlərinə görə qütbləşdirdi. Beləliklə, vətəndaş narazılığı və xaos yarandı. Ona görə də bunları kompensasiya edəcək hər hansı bir yeni vasitə tapa bilmədiklərinə görə Fransada hökumət böhranı yarandı. Fransa dövlətçiliyinin 3-cü Respublika tarixində ilk dəfədir ki, Fransa 3 il ərzində 4 hökumət dəyişməli oldu”.
Deputat əlavə edib ki, Fransada baş verənlər demokratik hadisə deyil, uğursuz hadisədir:
“Ənənələrə sahib olan dövlət hökumət qurmağı bacarmırsa, bu özlüyündə çox mənfi göstəricidir. İmperiya kimi Fransanın dəniz ötəsi coğrafiyalarda təsiri azalıb. Bu, Afrika ölkələrində Fransanın tamamilə kolonializminin dağılması kimi xarakterizə olundu. Orta Afrika ölkələrindən Fransa öz hərbi bazalarını çıxartmağa məcbur qaldı. Ən son isə bir neçə gün bundan əvvəl Çad Respublikasında olan sonuncu fransız əsgərlərləi də Afrikanı tərk etmək məcburiyyətində qaldı.  Suriyada PKK terroristlərinə dəstək verən, onlar üçün tunellər inşa edən Fransa bir həftəlik əməliyyatdan sonra Suriyanı da tərk etməli oldu. Fransanın postsovet məkanına təsir imkanları Azərbaycan sayəsində çökdü. Makron demokratik siyasətçi olsaydı, istefa verərdi. Makron rejim siyasətçisidir və diktatorluğa da meyillidir. Ona görə də belə bir addım atmayacaq”.
Leyla
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Yanvar 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri