Fransanın “Rafale” qırıcılarının növbəti uğursuzluğu: Belçika və Peru ondan imtina etdi
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Paris, 7 iyul, AZƏRTAC
Son vaxtlar Fransanın “Rafale” hərbi qırıcısı nüfuzunu itirməkdədir. Peru hökuməti də “Rafale”dan yan keçərək, İsveç istehsalçısı “Saab”ın “Gripen” döyüş təyyarələrinə üstünlük verib.
AZƏRTAC xəbər verir ki, Peru hökuməti İsveç istehsalçısı “Saab”dan 3,5 milyard dollara 24 “Gripen” təyyarəsi almağa hazırlaşır. Bu barədə ”Peru21” xəbər saytı məlumat yayıb. Bu, Fransa “Rafale”ı üçün pis xəbər və böyük zərbədir.
Peru hökumətinin “Saab Gripen”lə bağlı seçimi xərc məsələsi ilə izah olunub. İsveç, həmçinin Peruya birbaşa və dolayı sərmayələr, eyni zamanda, texniki xidmət və hissələrin istehsalına dəstək daxil olmaqla, xüsusilə əhəmiyyətli texnologiya transferi proqramını vəd edib.
Belçika da ABŞ-ın F-35 qırıcılarına üstünlük verib. Belçika bir milyard avroya 11 ədəd yeni F-35 qırıcısı aldığını elan edib. Fransa Belçikaya öz “Rafale”ni satmağa çalışırdı. Lakin Belçika müdafiə nazirinin sözlərinə görə, F-35 “Rafale” da daxil olmaqla, digər rəqiblərini üstələyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 07 İyul 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















