Icma.az
close
up
RU
Fransanın xarici borcu pik həddə çatıb: Makron hökuməti defoltla üzləşə bilər

Fransanın xarici borcu pik həddə çatıb: Makron hökuməti defoltla üzləşə bilər

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa Makronun siyasəti nəticəsində Avropanın iqtisadi baxımdan ən problemli ölkələrindən birinə çevrilib. Ölkənin xarici borcu pik həddə çatıb. Belə davam edərsə, dövlət defoltla üzləşə bilər.

Emmanuel Makronun prezidentliyi Fransa tarixinə xarici siyasətdə yaşanan uğursuzluqlarla yanaşı, iqtisadi problemlərin pik həddə çatdığı illər kimi də düşəcək. Onun idarəçiliyi dönəmində həyata keçirilən səriştəsiz və avantürist siyasət ölkəni fəlakətə sürükləyib. Beynəlxalq ekspertlərin qənaətinə görə, Fransa labirintin girişindədir və yaxın illərdə onun içində çabalayacaq. Ölkədə böhran meylləri davam edir, sadə vətəndaşların narazılıqları artır.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

3,3 trilyon avroluq xarici borc

Dövlət borcunun davamlı olaraq artması isə əsas təhdidlərdən biridir. Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, ölkənin xarici borcu 3,3 trilyon avronu keçərək ÜDM-in 113,7 faizinə çatıb. Ötən ilin ikinci yarısında Fransanın xarici borcu daha 72 milyard avro artıb. Proqnozlara görə, 2027-ci ilə qədər bu göstərici 3,6 trilyon avroya çata bilər. Məhz indiki iqtidarın yarıtmazlığı nəticəsində Fransa dövləti hər il 60 milyard avro borc ödəyir. 2027-ci ildə isə bu rəqəmin 80 milyard avroya qədər yüksəlmə ehtimalı var. Bu durum yaxın gələcəkdə dövlətin təhsil, ədliyyə, təhlükəsizlik sahələrini, həmçinin "yaşıl iqtisadiyyat"a keçidi maliyyələşdirmək imkanlarını azaldacaq. Baş nazir Fransua Bayru da xarici borc öhdəliyinin artmasından narahatlığını ifadə edib. Onun sözlərinə görə, Fransanın bütün tarixi ərzində heç vaxt belə böyük xarici dövlət borcu olmayıb: "Ölkəmizin həddən artıq borcu var və bundan hər bir Fransa vətəndaşının xəbəri olmalıdır. İndi bizim vəzifəmiz bu borcu azaltmaqdır. Xarici borc Makronun dövründə daha 12 faiz artıb". Baş nazir ölkənin xarici borcunu sosial modelin başı üstündən asılan "Damokl qılıncı" adlandırıb. Hazırkı vəziyyət Fransanın sosial modeli, suverenliyi, gələcəyi üçün əhəmiyyətli təhlükə yaradır və ölkəni defolt təhlükəsi ilə üz-üzə qoyur. Bu durum Makronun impiçmenti ilə də nəticələnə bilər.

"Bizim "maliyyə Motsartımız"

Əvvəllər sosial dövlətin tərəfdarı kimi çıxış edən Makron həm varlıları, həm də aztəminatlı təbəqəni özünə tərəf çəkməyi bacarmışdı. Lakin proseslərin gedişi göstərdi ki, o, Fransa tarixinin ən yarıtmaz prezidentidir. Tezliklə məlum oldu ki, o, faktiki olaraq Avropa bürokratiyasının və böyük şirkətlərin maraqlarını müdafiə edir. Atdığı addımlardan sonra Makron 2018-ci ildə fransızların əhəmiyyətli bir hissəsini özündən uzaqlaşdırdı. Müqayisə üçün deyək ki, 2017-ci ilin may ayında, yəni Makronun prezidentliyinə qədər Fransanın dövlət borcu 1,980 trilyon avro idi. "Bizim "maliyyə Motsartımız" (Makron nəzərdə tutulur - A.N.) səkkiz ildə ona 1,366 trilyon avro əlavə etməyi bacardı", - deyə fransız iqtisadçılar bildirirlər. Qeyd olunur ki, bu borc Makron tərəfindən məqsədli şəkildə yaradılıb. Onu hakimiyyətə gətirən bankirlər və digər kreditorlar bu borcun faizi ilə varlanırlar. İndi Maliyyə Nazirliyi ümid edir ki, fransızlar iqtisadiyyatı canlandırmaq üçün daha çox xərcləməyə başlayacaqlar. Fransanın "Le Figaro" nəşrinin oxucuları Makronu Fransanın dövlət borcunun ÜDM-in 114%-i ilə rekord həddə çatması xəbərinə görə fəal şəkildə tənqid edirlər. Uzun illər Fransada da yaşayıb-yaratmış serb prodüser və rejissor Draqan Milinkoviç Fimon fransızların Makrona görə utandıqları qənaətindədir. O qeyd edir ki, Makronun zəifliyi nüfuzlu və güclü siyasi xadimlər olan sələfləri Şarl de Qoll və Fransua Mitteranın fonunda xüsusilə nəzərə çarpır.

Makronun Olimpiya yalanı

Yerli mediada yer alan xəbərlərə görə, Fransa hökuməti vətəndaşlara növbəti dəfə "kəmərlərini sıxmağı" məsləhət görür. Məlum olur ki, onları "ən ucuz olimpiada" nağılları ilə aldadıblar. 2024-cü ildə Parisdə baş tutan Yay Olimpiya Oyunları ilə bağlı qalmaqal ölkədə ciddi narazılıqlara yol açıb. Halbuki, hökumət bildirirdi ki, Fransanın oyunlar üçün təklifi "tarixdə ən qənaətcil"dir. Bildirilmişdi ki, oyunlar ölkəyə cəmi 3,98 milyard avroya başa gələcək ki, bu da "Sidney 2000"dən bəri ən ucuz Olimpiada olacaq. Təşkilat Komitəsi əsas xərclərin özəl investorlar tərəfindən qarşılanacağını, dövlətin töhfəsinin isə minimal olacağını təkid edirdi. Amma Fransa Auditorlar Məhkəməsinin bu yaxınlarda dərc etdiyi hesabatda hər şeyin tamamilə fərqli olduğu göstərilib. İlkin hesablamalara görə, dövlət xərcləri təxminən altı milyard avro təşkil edib.

Avropanın ən problemli ölkəsi

Yeri gəlmişkən, Fransada mübahisəli pensiya islahatı ilə bağlı danışıqlar da çıxılmaz vəziyyətə düşüb. "Bloomberg"in yazdığına görə, bu, müxalifət partiyalarının etimadsızlıq səsverməsi üçün birləşəcəyi təqdirdə hökumətin yıxılma ehtimalını artırır. Baş nazir həmkarlar ittifaqları və işgüzar dairələrə minimum pensiya yaşının 62-dən 64-ə qaldırıldığı 2023-cü il qanununa yeni düzəlişlər etməyi tapşırıb. Hökumət iyulun ortalarına qədər xərclərin azaldılması və vergi artımlarını nəzərdə tutan yeni paketi təqdim etmək məcburiyyətindədir. Parlamentarilər tərəfindən bəyənilməyən bu tədbirlər artan dövlət borcuna nəzarət etmək üçün lazımdır. Hökumət hesab edir ki, büdcə kəsirini nəzarətdə saxlamaq üçün 2026-cı il büdcəsində daha 40 milyard avroya (46 milyard dollar) qənaət edilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyul 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri