Fransanın dövlət borcu ən yüksək həddə çatıb
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fransanın Maliyyə Nazirliyi həftəsonu bildirib ki, sürətlə artan büdcə kəsiri səbəbindən Fransanın dövlət borcu artmaqda davam edir və bu il 1978-ci ildən bəri ən yüksək səviyyəyə çatacaq.
Məlumatı “Euronews” verib.
Nazirlikdəki mənbənin jurnalistlərə verdiyi məlumata görə, 2026-cı ildə dövlət borcunun həcmi ÜDM-in 119,3%-ni, 2027-ci ildə isə ÜDM-in 121,7%-ni təşkil edəcək ki, bu da Aİ ölkələrinin nail olmalı olduğu ÜDM-in 60%-lik hədəfindən iki dəfədən çox artıqdır.
Milli Statistika İnstitutunun məlumatına görə, belə rəqəmlər 1978-ci ildən bəri müşahidə olunmayıb. Mənbə izah edib ki, Fransanın borcunun artması “yüksək olaraq qalan kəsirin nəticəsi”dir.
Fransa avrozonada yalnız Yunanıstan və İtaliyadan sonra üçüncü ən yüksək borc səviyyəsinə malikdir. İspaniyanın dövlət borcu iyul ayında ÜDM-in 100%-dən aşağı düşüb və Portuqaliyanın 2025-ci ilə qədər onu ÜDM-in 90%-dən aşağı salacağı gözlənilir.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 21 Sentyabr 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















