Icma.az
close
up
RU
Fransaya göstərməliyik ki, biz Lixtenşteyn komandası deyilik

Fransaya göstərməliyik ki, biz Lixtenşteyn komandası deyilik

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi

Məlum olduğu kimi, bu gün Azərbaycan millisi DÇ-2026-nı seçmə mərhələsinin 3-cü turu çərçivəsində Fransanın qonağı olacaq. Parisdəki "Park de Prens" atadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İkiqat dünya və ikiqat Avropa çempionu ilə oyun artıq bizim azarkeşlərdə həyəcana səbəb olub.

Bunun əsas səbəbi isə Fransa millisinin gücü ilə yanaşı, əlbəttə ki, yığmamızın 1995-ci ildə bu komandaya 0:10 hesabı ilə uduzmasıdır.

Bəs millimiz Fransa ilə matçında nəyə ümid etmək olar? Komandamız necə oyun sərgiləməlidir? Bu kimi suallara Azərbaycan millisinin sabiq üzvləri, 1995-ci ildəki Fransa - Azərrbaycan görüşündə də forma geyinmiş Arif Əsədov və Yunis Hüseynov cavab veriblər.

A.Əsədov bildirib ki, Azərbaycan millisi meydanda əzmkar oyun sərgiləməlidir: "Fransa millisinin gücü, reytinqi, heyəti hamıya bəllidir. Əlbəttə ki, hamı millimizin qələbə qazanmasını istəyər. Amma gəlin, reallığı unutmayaq. Yeni baş məşqçi Ayxan Abbasov komandanı hələ yavaş-yavaş tanımağa başlayıb. Burada əsas məsələ psixoloji amildir. Milli ruh var. Biz bunu Ukrayna ilə oyunda gördük. Davamını gətirmək lazımdır. Futbolçularımız meydançada əzmkar, istəkli olmalıdırlar. Əllərindən gələni etməlidirlər ki, uğursuz nəticə olsa belə, məyus olmayaq".

O, 30 il əvvəlki məğlubiyyətin yığmamıza psixoloji baxımdan mənfi təsir edəcəyini düşünmədiyini söyləyib: "Həmin vaxtdan 30 il keçib. Artıq həm Azərbacan millisi, həm Fransa, həm də futbol dəyişib. Beynəlxalq təcrübə baxımından götürsək, hələ ölkə xaricinə yeni-yeni çıxırdıq. İndi isə "Qarabağ"ın futbolçuları TOP klublara qarşı çıxış edirlər. Məncə, Fransaya 0:10 hesablı məğlubiyyətlə bağlı psixoloji amil artıq ortadan götürülüb. Rəqibin gücü təbii ki, bizə təsir edə bilər. Onların ölkə çempionatı, oyun templəri bizdən fərqlidir. Hər bir matçdan qabaq idman həyəcanı olur. Bu, bütün idman növlərində var. Normal bir həyəcandır. Bu olmaas, sən oyuna rahat, arxayın çıxarsan, özünü motivasiya etməyin üçün gec olar. Həyəcan sayəsində futbolçu özünü daha da toparlayır. Amma həyəcanın da bir həddi var, o həddi keçməməlidir. Məncə, bu baxımdan problem yoxdur".

Mütəxəssis Fransaya qarşı müdafiə futbolu oynamalı olduğumuzu deyib: "Fransaya qarşı hansı taktikanın seçilməsi gərəkdiyini məşqçilər daha yaxşı bilirlər. Amma biz Fransaya qarşı açıq oynaya, dominantlıq edə bilmərik. Əlbəttə ki, daha çox müdafiə olunmalıyıq. Sadəcə məsələ budur ki, müdafiəni öz hissəmizdə keçirəcəyik, yoxsa onların hissəsində. Bunu məşqçilər komandanın potensialına uyğun seçməlidirlər. İlk 10-15 dəqiqə ərzində daha ayıq-sayıq olmalıyıq. Standart vəziyyətlərdə, rəqibə qarşı mübarizələrdə futbolçularımız bir-birlərini sığortalamalıdırlar. Daha sonra da müdafiəyə tam oturmaq olmaz. Əks-hücumlarda təhlükəni hiss etdirmək lazımdır. Desinlər ki, Azərbaycan Ukraynadan 1 xal alıb. Onların baş məşqçisinin dediyi kimi, "Qarabağ" "Benfika" kimi komandaya qalib gəlib. Yən, sıradan bir milli deyilik. Lixtenşteyn deyilik. Bizim də özümüzə görə bir çəkimiz var".

A.Əsədov 20 il əvvəlki Fransa millisi ilə indiki Fransa yığmasını da müqayisə edib: "Təbii ki, o vaxtlarda da Fransa millisinin heyətində ulduzlar var idi. Trabzonda ilk oyunumuzu keçirəndə Jinola, Kantona artıq milli ilə vidalaşırdılar. Yeni nəsil sürətli, istəkli bir nəsil idi. Bizimlə qarşılaşdılar. Həmin Fransa sonradan dünya, Avropa çempionu oldu. Fransa millisində həmişə nəsil dəyişir. Maşın kimi işləyirlər. Müqayisə etmək düzgün deyil. Hər dövrün öz ulduzları var. Hazırkı Fransa da dünya çempionudur. Şərait baxımından isə bəli, biz o vaxt ilk dəfə idi ki, belə oyun keçirirdik. Qapalı meydançada oynayırdıq. Meydançanın sürüşkənliyi, oyunun sürəti... Biz o vaxt inkişaf etməmişdik. Rusiya çempionatlarında oynayan futbolçularımız var idi. Amma sürət baxımından Fransaya çata bilmirdik. Bizim üçün yeni bir şey idi. Hesaba baxıb deyə bilmərik ki, heç nə etmədik. Oyunu izləmisinizsə, bilirsiniz ki, epizodları görmüsünüz. Hücumlar edirdik. Sadəcə fərdi səhvlərimiz çox oldu. Ustalıq öz sözünü dedi".

Həmin matçın iştirakçısı olan Yunis Hüseynov isə görüş haqda danışarkən əvvəlcə millimizə uğurlar arzulayıb: "Bugünkü oyunda millimizə uğurlar arzu edirəm. Futbolçularımız heç nədən çəkinməməlidirlər, istəkli olmalıdırlar. Düzdür, Fransa güclü rəqibdir. Amma buna baxmayaraq, futbolda hər bir nəticə mümkündür".

O, 0:10 hesablı məğlubiyyətin bu görüşdə psixoloji problem yaratmayacağını bildirib: "0:10-u yenə yada salırsınız. Amma bu yaddan çıxan bir şey də deyil. O vaxt bizim şəraitimiz 0 dərəcəsində idi. Həmin oyununun 20-25 dəqiqəsinə baxsanız, görərsiniz ki, komandaız pis təsir bağışlamırdı. Amma daha sonra bəli, bizi fiziki baxımdan üstələdilər, gücümüz tükəndi. İndi isə klublarımızın bütün şəaiti var, yaxşı hazırlıq keçiblər. Millimizə də həddindən artıq çox diqqət yetirilir. Ona görə də millimizin bu gün o cür hesabla uduzacağını düşünmürəm. Fikrimcə, həyəcan olmamalıdır".

Y.Hüseynov sonda vurğulayıb ki, Fransa millisinin 1995-ci ildəki heyəti daha güclü idi: "Hər hansı bir futbolçudan soruşsanız, hamı ö vaxtını tərifəyəcək ki, milli belə idi, elə idi, rəqib güclü idi. Mən isə sizə faktlarla deyə bilərəm. O dövrdə Fransa həddindən artıq güclü idi. Həmin illərdə həm dünya çempionu oldular, həm də Avropa. Zinəddin Zidan, Didye Deşam Fransa millisində oynayırdılar. İndi Deşam yığmanın baş məşqçisidir. Bizim dövrümüzdə Fransa çox güclü idi. İndiki heyətlə müqayisə etməzdim. Futbolda dəyişikliklər çox olub. Fərdis futbolçulardan danışsaq, bəli, əvvəlki Fransa güclü idi. Azərbaycan millisində isə heç bir dəyişiklik olmayıb. Əvvəl necə idisə, indi də elədir. Heç bir dəyişiklik görünmür".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Oktyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri