“Peşəkar komanda deyilik” Lixtenşteyn millisinin baş məşqçisi
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
UEFA Millətlər Liqasının III turunda keçirilən Azərbaycan – Lixtenşteyn oyunundan (0:0) sonra rəqib komandanın baş məşqçisi Konrad Fünfştük jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– AFFA-ya təşəkkür edirəm. Birinci dəfədir Azərbaycana gəlirəm, bizə gözəl şərait yaradılar. Burada qonaqpərvərliklə tanış oldum.
– Oyun başa çatandan sonra heç-heçəni böyük coşğuyla qeyd etdiniz. Bu, nə ilə bağlıdır?
– 40 min əhalisi olan bir ölkəyik. Favorit deyildik, amma matça yaxşı hazırlaşmışdıq. Azərbaycan yığmasının 20 milyon avro dəyəri var. Bugünkü nəticə bizi çox sevindirdi. Buna görə də böyük sevinclə ölkəmizə geri dönəcəyik.
– Qalib gəlmək üçün şanslarınız var idi. Bununla bağlı nə düşünürsünüz?
– Hər iki komandanın şansları oldu. 0:0 bizim üçün faydalıdır. Futbolçularıma təşəkkür edirəm.
– Hücumda yaxşı çıxış etdiniz. Komandanız cəsarətli oynadı.
– Hücum fazasında yaxşı çıxış etdik. Hər oyun artırırıq, inkişaf edirik. Bu gün də 2-3 qol imkanımız oldu, amma dəyərləndirə bilmədik. Qarşıdakı oyunlara baxacağıq.
– Doğrudur ki, heyətinizin 80-90 faizi başqa peşə ilə məşğuldur, yalnız oyundan-oyuna milliyə gəlirlər?
– Bəli, biz peşəkar komanda deyilik. Futbolçuların çox az hissəsi futbolçu maaşı ilə dolanır. Onların başqa peşələri var. Çalışırıq ki, komanda formalaşdıraq. İnkişaf etməkdəyik, oyunçular cəsarətlə çıxış edirlər.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 01 Oktyabr 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















