Icma.az
close
up
RU
Fransaya sərt cavab verəcəklər

Fransaya sərt cavab verəcəklər

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Əlcəzair 12 fransalı diplomatı ölkədən çıxarmaq qərarının Əlcəzair konsulluğu əməkdaşının həbsinə cavab olduğunu bildirib. Əlcəzair tərəfi bəyan edir ki, ölkənin suverenliyinə qarşı istənilən hücuma "sərt" cavab veriləcək.
Reyting.az
-ın məlumatına görə, Fransanın xarici işlər naziri Jan-Noel Barrotun Əlcəzairin Fransa konsulluğunun 12 əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsi tələbini “ədalətsiz” adlandırdıqdan sonra Əlcəzair Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir ki, bu qərar Əlcəzair konsulluğu əməkdaşının Fransadakı "nümayişçi həbsinə" cavab olaraq qəbul edilib və bu, "diplomatik norma və təcrübələrin açıq şəkildə pozulmasıdır".
Bəyanatda Fransanın daxili işlər naziri Bruno Retaillo sərt şəkildə tənqid edilib.
Bəyanatda qeyd olunur ki, həbs edilən konsulluq əməkdaşı diplomatik toxunulmazlığa malik olsa da, Fransa hakimiyyəti onunla “oğru kimi və ləyaqəti alçaldan rəftar edib”.
Açıqlamada hadisənin iki ölkə prezidentləri arasında telefon danışığı və Fransa xarici işlər nazirinin Əlcəzairə səfərindən sonra Əlcəzair-Fransa münasibətlərinin sakitləşməyə başladığı bir vaxtda baş verdiyi vurğulanıb.
Bəyanatda deyilir ki, Fransa daxili işlər nazirinin ölkənin suverenliyini pozan hər hansı bir sonrakı hərəkəti qarşılıqlılıq prinsipinə əsaslanan “möhkəm və uyğun” cavabla qarşılanacaq.
Xatırladaq ki, “Amir DZ” kimi tanınan dissident Əmir Buxorsun qaçırılması iddiası ilə əlaqədar aprelin 11-də Fransada konsulluq əməkdaşı da daxil olmaqla, üç əlcəzairli saxlanılıb və Fransa ərazisində ağır cinayətlər törətmək ittihamı ilə həbs ediliblər.
Aprelin 13-də Fransanın Əlcəzairdəki səfiri Stefan Romateti Xarici İşlər Nazirliyinə çağırılıb. Əlcəzair səfirə Fransada bir konsulluq əməkdaşının həbsi ilə əlaqədar etiraz notası təqdim edib və aprelin 14-də Fransa konsulluğunun 12 əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsini istəyib.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri