Icma.az
close
up
RU
Fransız məhbus əfv edildi Azərbaycan Fransa münasibətlərində “yeni səhifə” açıla bilərmi?

Fransız məhbus əfv edildi Azərbaycan Fransa münasibətlərində “yeni səhifə” açıla bilərmi?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin xuliqanlıq ittihamı ilə Azərbaycanda həbs olunmuş bir Fransa vətəndaşını əfv etməsi regionda diplomatik dinamikanın dəyişdiyini göstərən əlamətlərdən biri kimi dəyərləndirilə bilər. Bu humanist jest, Tiranada keçirilən Avropa Siyasi İcması çərçivəsində Əliyev və Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan isti görüşdən sonra baş verdi. Siyasi müşahidəçilərin fikrincə, belə görüşlər, adətən, səhnəarxası diplomatik təmasların nəticəsi olur.

Siyasi ekspert Fərhad Məmmədovun təhlilinə əsasən, Azərbaycan bu addımı təkcə Fransaya deyil, bütövlükdə Avropa İttifaqına (Aİ) ünvanlayıb. Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbərliyinin təşəbbüsü ilə Estoniya Baş naziri Kaya Kallasın Bakıya səfəri və bu səfərin nəticəsi olaraq Azərbaycan-Aİ münasibətlərinin aktivləşdirilməsi rəsmi Bakının prioritetlərini göstərir: “Əsas tərəfdaş – Aİ-dir, lakin Aİ daxilində Fransa amilini də nəzərdən qaçırmaq olmaz”.

F.Məmmədovun fikrincə, Brüssel ilk addımı atdı və Bakı bu jestə uyğun cavab verdi. 

Bu isə o deməkdir ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədən, əlaqələrin normallaşması üçün Aİ ilə münasibətləri pozulduğu nöqtədən bərpa etməyə çalışır:“Ən vacibi isə Aİ bundan sonra Azərbaycan-Ermənistan münasibətlərində vasitəçilik iddiası ilə çıxış etməyəcək,bu məsələ yalnız ikitərəfli formatda həll olunmalıdır.Azərbaycanın əsas hədəflərindən biri, Fransa faktorunu Aİ-nin Cənubi Qafqaz siyasətindən kənarlaşdırılması idi. Parisin uzun müddət ermənipərəst yanaşması, vasitəçilik iddiaları, hətta Ermənistan-Gürcüstan tandemi yaratmaq cəhdləri iflasa uğradı. Nəticədə Fransa bu gün regionda yalnız Ermənistanla əməkdaşlığa güvənə bilir. O da Avropa İttifaqının missiyası, hərbi-texniki sahədə yardımlar və diplomatik dəstəklə məhdudlaşır”.

F.Məmmədov qeyd edir ki, hazırda rəsmi Parisin Bakıdan nə istədiyi sual altındadır. 

Onun sözlərinə görə, əfv olunmuş fransız vətəndaşı həbsdə olan ilk şəxs deyil, Azərbaycanda daha bir Fransa vətəndaşı "casusluq" maddəsi ilə həbsdədir. “Üstəlik, Fransanın kolonyal siyasətini ifşa etməyə yönəlmiş Bakı Təşəbbüs Qrupunun fəaliyyəti Parisdə ciddi narahatlıq doğurur”, - o əlavə edib.

Fərhad Məmmədov Azərbaycanın Fransadan gözləntilərini belə sıralayıb:

- Fransa parlamentinin Qarabağla bağlı qəbul etdiyi qərəzli qətnamələrin ləğvi;

- Azərbaycan-Aİ və Azərbaycan-NATO münasibətlərinə qarşı sabotaj fəaliyyətlərinin dayandırılması.

Lakin ekspertlərə görə, Fransa parlamentinin qətnamələrinin ləğvi siyasi baxımdan real deyil. Eləcə də Bakı Təşəbbüs Qrupunun fəaliyyətini məhdudlaşdırmaq mümkün deyil, bu artıq institutlaşmış bir qurumdur və beynəlxalq əlaqələrə malikdir. Bu isə o deməkdir ki, tərəflər arasında istifadə ediləcək "mövzu başlıqları" qalıcılıq daşıyacaq və tərəflər onları bir-birinə qarşı siyasi alət kimi istifadə edəcək”.

F. Məmmədovun təhlilinə əsasən, ən real və həyata keçirilə biləcək ssenari Azərbaycan-Fransa münasibətlərinin sabitləşdirilməsi və tədricən normallaşdırılmasıdır: “Bu normallaşmanın əsas tendensiyası problemləri yalnız ikitərəfli çərçivədə saxlamaq və Azərbaycan-Aİ, Azərbaycan-NATO münasibətlərini Fransanın dağıdıcı təsirindən azad etməkdir.

Fransanın regionda Ermənistan yönümlü fəaliyyətini konstruktiv bir platformaya keçirmək Azərbaycan üçün asan olmayacaq. Ancaq son hadisələr bu məqsədin tamamilə əlçatmaz olmadığını göstərir. Əgər bu mümkün olmasa, Azərbaycan öz gündəmini həyata keçirmək üçün kifayət qədər diplomatik, siyasi və informasiya resurslarına sahibdir”.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see242

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see238

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see206

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see200

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see173

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see158

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see157

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see146

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see138

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see137

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see137

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see134

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see133

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see130

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see127

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see127

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see126

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see125

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri