Icma.az
close
up
RU
Fransız səfir Ermənistanın “vəkili” rolunda

Fransız səfir Ermənistanın “vəkili” rolunda

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Fransa Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Rəsmi Paris Ermənistanın maraqlarına xidmət edərək ölkəmiz haqqında böhtan kampaniyası aparır. Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi də diplomatik etiket qaydalarını unudaraq dəfələrlə Azərbaycana qarşı yalan və böhtanlardan ibarət fikirlər səsləndirib. Halbuki onun vəzifəsi təmsil etidiyi ölkə ilə səfir kimi çalışdığı dövlətin əlaqələrinə xidmət etməlidir. Amma Dekotinyi vəzifə səlahiyyətlərini aşaraq Ermənistanın “vəkili” funksiyasını yerinə yetirməkdədir.

Olivye Dekotinyinin yalanları

O, bugünlərdə Ermənistanın “İctimai radiosu”na müsahibəsində Azərbaycanın əleyhinə əsassız iddialar səsləndirib. Dekotinyi müsahibəsində Paşinyan-Makron görüşünün son mesajlarından, 2025-ci ildə hərbi sahədə əməkdaşlıq çərçivəsində görüləcək işlərdən və rəsmi Bakıdan səsləndirilən bir sıra bəyanatlardan bəhs edib. Səfir Zəngəzur dəhlizi, Ermənistanda Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti, ATƏT-in Minsk qrupunun “gələcəyi” və Zəngəzurda Fransanın “fəxri konsulluğunun” açılması planlarına da toxunub. Diplomat biraz da irəli gedərək rəsmi İrəvanın əvəzinə 1991-ci il Almatı Bəyannaməsindən də danışıb, hətta “Qarabağ ermənilərinin təhlükəsiz qayıdışının hansı effektiv mexanizmlə təmin oluna biləcəyi” barədə “tövsiyə” verməyi də “unutmayıb”.

XİN: Fransa beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik göstərir

Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin növbəti dəfə ərazilərimizin işğalına və separatçılığa son qoyan Azərbaycanın legitim tədbirlərini sual altına alması, Azərbaycanı Ermənistanın ərazilərini işğalda təqsirləndirməsi, Ermənistanın hərbiləşməsini təşviq etməsi, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar verməsi, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar sərgiləməsi, ilk növbədə, Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir. Onun sözlərinə görə, Fransa səfirinin açıqlamaları təmsil etdiyi ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edir.

XİN rəsmisi bildirib ki, səfirin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsinin qarşısının alınması istiqamətində Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən tədbir görülməməsi, ilk növbədə, Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir. “Xüsusilə qeyd edək ki, sülh müqaviləsinin Almatı Bəyannaməsinin prinsiplərinə söykənməsi zərurətinə istinad edən Fransa səfirinin Ermənistanın bu bəyannaməyə irəli sürdüyü qeyd-şərtində Azərbaycan ərazilərinə qarşı hələ də davam edən iddialarını, Azərbaycan ərazilərini işğal etdiyini unutdurmağa çalışması qəbuledilməzdir. Bununla yanaşı, 33 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılmış Qazaxın dörd kəndinin qaytarılmasına Azərbaycan tərəfindən qarşılıq verilməsinin vacib olduğu barədə səslənmiş əsassız fikir Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə göstərdiyi hörmətsizliyin bariz nümunəsidir”, - deyəsn A.Hacızadə vurğulayıb ki, Fransa tərəfi əgər sülh və sabitlikdə maraqlıdırsa, bu kimi absurd yanaşmalara və açıqlamalara son qoymalıdır.

Parisin gerçək niyyəti məlumdur

Göründüyü kimi, 30 il ərzində Ermənistanın işğalçı siyasətinin nəticələrinə biganə qalan Fransa indi öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan haqqında əsassız olaraq dezinformasiya yayır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq reallıqları təhrif etmək üçün canfəşanlıq edir. Eləcə də, Fransa Avropa İttifaqının müşahidə missiyası adı altında  öz casuslarını Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirib.

Yeri gəlmişkən, Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi dəfələrlə Azərbaycanla sərhədə gəlib, hansısa “təftiş” aparmağa çalışıb. Eləcə də, Ermənistana səfər edən Fransa rəsmiləri və deputatları da Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyasının üzvləri ilə birlikdə Azərbaycanla sərhəddə olublar. Bir müddət əvvəl isə missiyanın avtomobil karvanında Aİ-nin bayrağı ilə yanaşı, Fransa bayrağının da olması rəsmi Parisin gerçək niyyətini aşkara çıxarmış oldu.

Beləliklə,  Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır. Rəsmi Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri