Ermənistanın ümumi ideologiyasında ciddi bir dəyişiklik yoxdur Millət vəkili
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bir dəfə bir araşdırma apardım, təkcə ərəb dilində ermənilər nə qədər əvvəlki dövrdə saxta soyqırımla bağlı Türkiyəyə qarşı kitablar çap ediblər. Bu mənada bu gün biz də bu cür kitabların çapına, ümumiyyətlə, bu istiqamətdə prosesə öz töhfəmizi verməliyik. Hətta Vikipediyada belə ermənilər müəyyən saxtalaşdırmalara gediblər və bu gün də gedirlər. Mən bu məsələnin üzərində çox durmaq istəmirəm, amma Ermənistanın ümumi ideologiyasında ciddi bir dəyişiklik yoxdur. Xarici siyasətində yenə də bu yaxınlarda Avropa İttifaqı ilə onların imzaladığı sənəd bunu bir daha göstərdi ki, mahiyyətdə ciddi bir dəyişiklik yoxdur".
Redaktor.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov "Tarixi Yurda Qayıdış" konfransında söyləyib.
Onun sözlərinə görə, biz daha çox çalışmalı və daha çox bu cür əsərləri ərsəyə gətirməliyik:
"Eyni zamanda düşünürəm ki, xarici müəlliflərin də iştirakı ilə müxtəlif kitabların yazılması çox önəmlidir. Nə üçün? Çünki bir sıra hallarda bizim müəlliflərin əsərlərini onlar qəbul etmək istəmirlər. Amma buna baxmayaraq biz işimizi davam etdirməliyik, bizim əlimizdə faktlar, sübutlar var. Bizim təxminən 500 qəbiristanlığımızı, təxminən 400 məscidimizi ermənilər dağıdıblar. Təpəbaşı, İrəvanda digər bizim tarixi məhəllələrimiz olsun, bunlar hamısı faktlardır və sübutlardır. Mən birinci olaraq müəllif Əfqan Vəliyəvə təşəkkürümü bildirirəm. Əfqan müəllim artıq bu istiqamətdə bir neçə əsəri ərsəyə gətirib. Davamlı olaraq bu istiqamətdə əsərləri yazır, ərsəyə gətirir və deyə bilərəm ki, ümumiyyətlə türk dünyasında ən çox bu məsələlərə həssas yanaşan ölkələrdən biri də bizik. Bizim başımız ağrıdı, müharibə gördük. Azərbaycanda bu sahədə görülən işlər həqiqətən çox təqdir olunandır. Faktlar, adlar əsasında biz abidələrimizin, kilsələrimizin, məscidlərimizin saxtalaşdırıldığının sübut olunduğunu görürük".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 16 Yanvar 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















