Fransız səfirdən Bakıya “həmlə”: Qərbi Azərbaycanın xəritəsini yaydı FOTO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın Ermənistandakı səfiri Olivye Dekottini İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin xəritəsini yayıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, Dekottini xəritəni "Tək və yeganə" adı ilə paylaşıb.
Azərbaycana qarşı bütün platformalarda antitəbliğat aparan Fransanın səfiri bununla guya Azərbaycan Respublikasındakı "Qərbi Azərbaycan" termininə qarşı çıxıb. Yəni Qərbi Azərbaycan - yalnız İrandadır.
Qeyd edək ki, Qərbi Azərbaycan - Şimalı Azərbaycanın qərbini - indiki Ermənistanın ərazisini əhatə edən termin kimi istifadə edilir və Azərbaycanın tarixi İrəvan, Göyçə, Vedi, Zəngəzur, Dərələyəz tarixi mahallarını əhatə edir.
İrandakı Qərbi Azərbaycan vilayəti isə Güney Azərbaycan ərazisinin 6 vilayətə bölünməsi nəticəsində yaradılıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 25 Noyabr 2024 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















