Icma.az
close
up
RU
Fransua Bayru hökumətinin süqutu: Baş nazir bu gün istefa verəcək

Fransua Bayru hökumətinin süqutu: Baş nazir bu gün istefa verəcək

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Fransanın Baş naziri Fransua Bayru hökumətinin etimad səsverməsində məğlubiyyətindən sonra, bu gün yerli vaxtla saat 12:00-da istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, “France Télévisions” bu məlumatı Matignondan əldə etdiyini təsdiqləyib. Yelisey sarayı artıq bəyan edib ki, yeni Baş nazir yaxın günlərdə təyin olunacaq.

Sentyabrın 8-də Milli Assambleyada keçirilən səsvermədə deputatların əksəriyyəti hökumətə etimadsızlıq göstərdi. Bu nəticə, Fransua Bayrunun Baş nazir kimi mandatının sonunu gətirdi. Bayru 2017-ci ildən bəri Prezident Emmanuel Makronun müttəfiqi olan MoDem partiyasının lideridir.

Milli Birlik (RN) partiyası dərhal Assambleyanın ləğvini tələb edərək, ultrasürətli seçkilərin keçirilməsini istəyib. Solçu “Əyilməz Fransa” (LFI) lideri Jan-Lük Melanşon isə daha da irəli gedərək Emmanuel Makronun istefasını tələb edib. “Ölkənin istiqamətini təyin edəcək yeni bir başlanğıca ehtiyac var. Bunu yalnız prezident seçkiləri təmin edə bilər”, - deyə Melanşon bildirib.

Yaşıllar Partiyasının lideri Marin Tondelye isə Prezidentdən yeni Baş nazirin 2024-cü ilin yayında qurulan solçu partiyaların ittifaqı -Yeni Xalq Cəbhəsi (NFP) sıralarından seçilməsini istəyib. O, Makronu danışıqlara dəvət edib və bildirib ki, Prezidentin blokada siyasəti artıq davam edə bilməz.

Sosialist Partiyasının lideri Olivye For isə Prezidentlə koalisiya şəklində birgə işləməyə hazır olduqlarını BFMTV-də açıqlayıb.

Hökumətin süqutu Fransanın müxtəlif şəhərlərində küçə tədbirləri ilə qeyd olunub. "Bloquons tout" (Hər şeyi bloklayaq) adlı hərəkatın çağırışı ilə 11 min nəfərə yaxın insan şəhər meriyaları qarşısında toplaşıb.

Nant şəhərində isə, təxminən 300 nəfərin iştirakı ilə “Bye bye Bayrou” və “10/09-da hər şeyi bloklayırıq” yazılmış plakatlarla musiqi sədaları altında aksiya keçirilib.

Emmanuel Makronun növbəti Baş nazir kimi təyin edəcəyi və yeni hökumətin ölkədəki siyasi böhranı necə aradan qaldıracağı hələlik məlum deyil. Lakin siyasi spekulyasiyalar və gözləntilər artmaqdadır. Müxalifət təzyiqləri fonunda Prezidentin atacağı növbəti addım Fransanın gələcək siyasi kursunu müəyyən edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Sentyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri