Fransua Bayru və büdcə planı: Reallıqdan uzaq gözləntilər
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paris, 16 iyul, AZƏRTAC
Fransanın Baş naziri Fransua Bayru hökumətin 2026-cı il üçün büdcə planını təqdim edib. O, hökumətin bu büdcə planına böyük ümidlər bəslədiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, lakin F.Bayrunun bu mövzuya yanaşması bir çoxlarına real vəziyyəti düzgün qiymətləndirməmək kimi görünüb.
Baş nazir onsuz da dərin iqtisadi və sosial çətinliklərlə üz-üzədir – yüksək inflyasiya, artan işsizlik və dövlət borcu rekord səviyyəyə çatıb. Bunların fonunda Bayrunun “ədalətli və məsuliyyətli büdcə” kimi ümumi və qeyri-müəyyən fikirlərinin sadəcə siyasi ritorikadan başqa bir şey olmadığı deyilir.
Bayru iddia edir ki, büdcə həm qənaətcil olmalı, həm də sosial xidmətlərə investisiyanı artırmalıdır. Amma bu iki məqsədi eyni anda həyata keçirmək, xüsusilə indiki böhran şəraitində, demək olar ki, mümkünsüzdür. Ən narahatedici məqam isə Bayru hökumətinin siyasi zəifliyini və parlamentdə əksəriyyətin olmamasını nəzərə almaması və ciddi təhlil aparmamasıdır.
Bayrunun kompromis və dialoq çağırışları isə artıq reallıqla ayaqlaşmır. Cəmiyyətin geniş təbəqələri narazıdır, etirazlar artır, vətəndaşlar hər gün iqtisadi sıxıntılarla üzləşir. Belə bir şəraitdə sadəcə “birlik və anlayışa” çağırmaq problemin həlli deyil, onun üzərini örtməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 İyul 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















