Frederiksen: Putinə etibar etmirəm
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiya Ukrayna ilə sülh istəsəydi, müharibəni dayandırardı”.
Teleqraf xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen deyib.
Hökumət başçısı Rusiyanın həm Ukraynadakı hərbi əməliyyatlar, həm də digər Avropa ölkələrinə qarşı hibrid vasitələrdən istifadə etməklə qitə dövlətlərinə qarşı müharibə apardığını bildirib:
“Rusiya sülh istəsəydi, sadəcə dayana bilərdi. Təcavüzkar Rusiyanın özüdür. Hazırda Avropada Rusiyadan başqa heç kim hücum etmir”.
Frederiksen qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinə etibar etmir və Avropa ölkələrinin Moskva ilə əməkdaşlıq etməli olduğuna inanmır:
“Prinsipcə, Putinə etibar etməyin mümkün olduğuna inanmıram. Həmçinin düşünmürəm ki, Rusiya ilə əməkdaşlıq etməliyik. Onlar Avropanın bəzi ərazilərini ələ keçirmək istəyərkən, biz hansı məsələlərdə əməkdaşlıq edə bilərik? Hər gün birbaşa Ukraynaya qarşı və qalanlarımıza qarşı isə hibrid yolla müharibə aparırlar”.
Danimarka Baş naziri Ukraynanın ciddi maliyyə problemləri ilə üzləşdiyini də açıqlayıb: “Ukraynanın pulu tükənir. Bu, artıq baş verib. Onlar nə ehtiyac duyduqlarını ala bilirlər, nə də istehsal edə”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 16 Oktyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















