Icma.az
close
up
RU
Freydin otağını bəzəyən Şərqin ən gözəl xalçası Azərbaycana aiddir? FOTOlar

Freydin otağını bəzəyən Şərqin ən gözəl xalçası Azərbaycana aiddir? FOTOlar

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Freydin yaşadığı dövründə kişilər və qadınlar arasında uzanmaq son dərəcə cəsarətli və əxlaqsız bir davranış hesab edilirdi. Belə ki, ötən əsrin 20-ci illərində qonaq gedilən yerdə stul əvəzinə divranda oturmaq belə, düzgün hesab edilmirdir.

Belə sərt qaydalara baxmayaraq, Freydin xəstələrinə divanda uzanmağı təklif edirdi. Freyd bu cür sosial qınaq riskinə baxmayaraq, xəstələrindən uzanmağı istəməyinin səbəbi insanların bu cür daha sərbəst düşünməsi və danışması ilə bağlı fikirləri idi.

Hipnozun böyük bir təbliğatçısı olan Freyd, uzanmağın insanları ənənəvi düşüncə xəttindən azad etdiyini müşahidə etmişdi. O, Vyananın Bergqasse küçəsindəki mənzilinə köçdükdən sonra "azad assosiasiya" texnikasını tətbiq etmək üçün hipnoz divanını saxladı. Freyd başa düşdü ki, uzanma insanın nəzarəti itirməsini təşviq edir, bu da instinktiv söhbətlərin yaranmasına şərait yaradır. Təəccüblü deyil ki, "divan" sözü Fransız dilində "coucher" yalnız uzanmaq deyil, həm də fikirləri sözlə ifadə etmək mənasını verir.

Bu səbəbdən də Ziqmund Freydin iş otağının, eləcə də onun fəaliyyətinin əsas simvolu məşhur psixoanaliz divanı hesab edilir. 

Freydin divanı təxminən 1890-cı ildə xəstəsi Madam Benvenisti tərəfindən ona hədiyyə edilib. Divanın üzərinə Freydin əlavə etdiyi zəngin naxışlı Şərq mədəniyyətinin incə nümunəsi Qaşqayi xalçası divanın sadə və kobud taxtalarını gizlətməyə və otağa xüsusi gözəllik qatmağa kömək olub. Xalçanın üstünə düzülmüş tikmə yastıqlar bu sadə divanı daha cəlbedici edir. Xalça ilə örtülüb Freydin məsləhət otağının mərkəzinə yerləşdirilən divan, həm otağa ciddi bir aura qazandırır, həm də xəstələrə tibbi çarpayıdan fərqli, daha rahat bir yer təqdim edirdi.

Freydin divanı zamanla psixoanalizin özü ilə eyniləşdirilib və dünyanın ən məşhur məişət mebellərindən birinə çevrilib. Divan həmişə Freydin həm ofisi, həm də evi olan otağın əsas hissəsində yer alıb və işlə ev, xəstəliklə həyat arasındakı sərhədləri aradan qaldırdığı deyilir.

1938-ci ildə Freyd Vyanadan Londona köçərkən, divanı da özü ilə gətirdi. Bu, onun yaşadığı və işlədiyi "fin-de-siècle" Vyana atmosferini Londonda yenidən yaratmaq üçün vacib idi. Bu məşhur divan hazırda da Londondakı Freyd Muzeyində Freydin iş otağının mərkəzində qalmaqdadır.

"Burada həmişə müqəddəs bir sükut və rahatlıq hiss olunurdu. Bu otaqlar xəstələr üçün çox gözlənilməz bir mənzərə ola bilərdi, çünki heç bir halda həkim kabinetini xatırlatmırdı, əksinə, arxeoloqun iş otağını andırırdı... Buradakı hər şey insana müasir həyatın sürətindən uzaqlaşma hissi bəxş edir, gündəlik qayğıların unudulduğu bir sığınacaq təsiri bağışlayırdı." Sergey Pankejeff, "Canavar Adam" kimi tanınan xəstəsi deyirdi. Rus əsilli bu xəstə uşaqlıq travmaları və qarışıq yuxuları ilə tanınır. Freyd onun vasitəsilə uşaqlıqda yaranan psixoloji problemlərin yetkinlik dövründəki təsirlərini öyrənib.

Ondan əlavə bu xalça üzərində uzanan Freydin məşhur pasiyentləri çox olub və onlar psixoanaliz elminə yeni nəzəriyyələr qatıblar. Məsələn Anna O. (Bertha Pappenheim) - Anna O. "söhbət terapiyası" ideyasını irəli sürən ilk xəstələrdən biri kimi tanınır. Dora (Ida Bauer) - İsteriya və ailədaxili problemlərdən əziyyət çəkən bu gənc qadın Freydin psixoseksual nəzəriyyələrinə ilham verən xəstələrdən biri olub. Dora müalicəni erkən dayandırmış olsa da, onun hekayəsi Freydin əsərlərində xüsusi yer tutur. Rat Man (Siçovul Adam) - Ernst Lanzer - Bu xəstə obsessiv-kompulsiv nevrozdan (OKB) əziyyət çəkirdi. Freyd, Ernst Lanzerdə müşahidə etdiyi obsesif düşüncələri və davranışları təhlil edərək OKB-yə dair fikirlərini inkişaf etdirmişdi.

Freydin psixoanaliz divanını örtən Qaşqayi Şəkərli xalçası sıx düyünlü və yundan hazırlanmış xovlu bir xalçadır. Xalçanın xov hissəsi yundan hazırlanıb, kənarları isə yundan toxunmuş əlavə arğı ilə birlikdə hazırlanıb. Xalça ənənəvi naxışlarla bəzədilib və əsasən qırmızı, mavi, qəhvəyi və ağ rəng çalarlarına malikdir.
Xalçanın uclarında düz toxunuşlu mavi və qırmızı zolaqlar yerləşir, bunların ardınca yundan hörülmüş saçaqlar gəlir. Xalçanın kənarları qırmızı yun saplarla tikilərək bağlanıb. Aşağıdakı arğı sıraları diaqonal tikişlərlə yerində möhkəmləndirilib.

Bu xalça Freydin divanına vizual zənginlik qatmaqla yanaşı, həm də Şərq mədəniyyətinə olan marağını və estetik zövqünü əks etdirirdi. Xalçanın mürəkkəb və rəngarəng naxışları həm iş otağına ciddi bir aura gətirirdi, həm də xəstələrə rahatlıq və sığınacaq hissi verirdi.

Qaşqayi xalçaları Azərbaycanın cənubunda yaşayan Qaşqayi türkləri tərəfindən toxunan məşhur xalça növlərindən biridir. Qaşqayi türkləri köçəri həyat tərzi ilə tanınır və onların toxuculuq sənəti öz unikal naxışları, rəng çalarları və yüksək keyfiyyəti ilə fərqlənir. Bu xalçaçılıq məktəbinin Azərbaycan xalçaçıqlıq məktəbinə xüsusi ilə Quba xalçalarına böyük təsiri olduğu da deyilir. /modern.az

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Aprel 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri