Icma.az
close
up
RU
Freydin otağını bəzəyən Şərqin ən gözəl xalçası Azərbaycana aiddir?

Freydin otağını bəzəyən Şərqin ən gözəl xalçası Azərbaycana aiddir?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Freydin yaşadığı dövründə kişilər və qadınlar arasında uzanmaq son dərəcə cəsarətli və əxlaqsız bir davranış hesab edilirdi. Belə ki, ötən əsrin 20-ci illərində qonaq gedilən yerdə stul əvəzinə divranda oturmaq belə, düzgün hesab edilmirdir.


Belə sərt qaydalara baxmayaraq, Freydin xəstələrinə divanda uzanmağı təklif edirdi. Freyd bu cür sosial qınaq riskinə baxmayaraq, xəstələrindən uzanmağı istəməyinin səbəbi insanların bu cür daha sərbəst düşünməsi və danışması ilə bağlı fikirləri idi.


Hipnozun böyük bir təbliğatçısı olan Freyd, uzanmağın insanları ənənəvi düşüncə xəttindən azad etdiyini müşahidə etmişdi. O, Vyananın Bergqasse küçəsindəki mənzilinə köçdükdən sonra “azad assosiasiya” texnikasını tətbiq etmək üçün hipnoz divanını saxladı. Freyd başa düşdü ki, uzanma insanın nəzarəti itirməsini təşviq edir, bu da instinktiv söhbətlərin yaranmasına şərait yaradır. Təəccüblü deyil ki, “divan” sözü Fransız dilində “coucher” yalnız uzanmaq deyil, həm də fikirləri sözlə ifadə etmək mənasını verir.


Bu səbəbdən də Ziqmund Freydin iş otağının, eləcə də onun fəaliyyətinin əsas simvolu məşhur psixoanaliz divanı hesab edilir. 


Freydin divanı təxminən 1890-cı ildə xəstəsi Madam Benvenisti tərəfindən ona hədiyyə edilib. Divanın üzərinə Freydin əlavə etdiyi zəngin naxışlı Şərq mədəniyyətinin incə nümunəsi Qaşqayi xalçası divanın sadə və kobud taxtalarını gizlətməyə və otağa xüsusi gözəllik qatmağa kömək olub. Xalçanın üstünə düzülmüş tikmə yastıqlar bu sadə divanı daha cəlbedici edir. Xalça ilə örtülüb Freydin məsləhət otağının mərkəzinə yerləşdirilən divan, həm otağa ciddi bir aura qazandırır, həm də xəstələrə tibbi çarpayıdan fərqli, daha rahat bir yer təqdim edirdi.


Freydin divanı zamanla psixoanalizin özü ilə eyniləşdirilib və dünyanın ən məşhur məişət mebellərindən birinə çevrilib. Divan həmişə Freydin həm ofisi, həm də evi olan otağın əsas hissəsində yer alıb və işlə ev, xəstəliklə həyat arasındakı sərhədləri aradan qaldırdığı deyilir.


1938-ci ildə Freyd Vyanadan Londona köçərkən, divanı da özü ilə gətirdi. Bu, onun yaşadığı və işlədiyi “fin-de-siècle” Vyana atmosferini Londonda yenidən yaratmaq üçün vacib idi. Bu məşhur divan hazırda da Londondakı Freyd Muzeyində Freydin iş otağının mərkəzində qalmaqdadır.


“Burada həmişə müqəddəs bir sükut və rahatlıq hiss olunurdu. Bu otaqlar xəstələr üçün çox gözlənilməz bir mənzərə ola bilərdi, çünki heç bir halda həkim kabinetini xatırlatmırdı, əksinə, arxeoloqun iş otağını andırırdı... Buradakı hər şey insana müasir həyatın sürətindən uzaqlaşma hissi bəxş edir, gündəlik qayğıların unudulduğu bir sığınacaq təsiri bağışlayırdı.” Sergey Pankejeff, "Canavar Adam" kimi tanınan xəstəsi deyirdi. Rus əsilli bu xəstə uşaqlıq travmaları və qarışıq yuxuları ilə tanınır. Freyd onun vasitəsilə uşaqlıqda yaranan psixoloji problemlərin yetkinlik dövründəki təsirlərini öyrənib.


Ondan əlavə bu xalça üzərində uzanan Freydin məşhur pasiyentləri çox olub və onlar psixoanaliz elminə yeni nəzəriyyələr qatıblar. Məsələn Anna O. (Bertha Pappenheim) - Anna O. “söhbət terapiyası” ideyasını irəli sürən ilk xəstələrdən biri kimi tanınır. Dora (Ida Bauer) - İsteriya və ailədaxili problemlərdən əziyyət çəkən bu gənc qadın Freydin psixoseksual nəzəriyyələrinə ilham verən xəstələrdən biri olub. Dora müalicəni erkən dayandırmış olsa da, onun hekayəsi Freydin əsərlərində xüsusi yer tutur. Rat Man (Siçovul Adam) - Ernst Lanzer - Bu xəstə obsessiv-kompulsiv nevrozdan (OKB) əziyyət çəkirdi. Freyd, Ernst Lanzerdə müşahidə etdiyi obsesif düşüncələri və davranışları təhlil edərək OKB-yə dair fikirlərini inkişaf etdirmişdi.

Freydin psixoanaliz divanını örtən Qaşqayi Şəkərli xalçası sıx düyünlü və yundan hazırlanmış xovlu bir xalçadır. Xalçanın xov hissəsi yundan hazırlanıb, kənarları isə yundan toxunmuş əlavə arğı ilə birlikdə hazırlanıb. Xalça ənənəvi naxışlarla bəzədilib və əsasən qırmızı, mavi, qəhvəyi və ağ rəng çalarlarına malikdir.
Xalçanın uclarında düz toxunuşlu mavi və qırmızı zolaqlar yerləşir, bunların ardınca yundan hörülmüş saçaqlar gəlir. Xalçanın kənarları qırmızı yun saplarla tikilərək bağlanıb. Aşağıdakı arğı sıraları diaqonal tikişlərlə yerində möhkəmləndirilib.


Bu xalça Freydin divanına vizual zənginlik qatmaqla yanaşı, həm də Şərq mədəniyyətinə olan marağını və estetik zövqünü əks etdirirdi. Xalçanın mürəkkəb və rəngarəng naxışları həm iş otağına ciddi bir aura gətirirdi, həm də xəstələrə rahatlıq və sığınacaq hissi verirdi.


Qaşqayi xalçaları Azərbaycanın cənubunda yaşayan Qaşqayi türkləri tərəfindən toxunan məşhur xalça növlərindən biridir. Qaşqayi türkləri köçəri həyat tərzi ilə tanınır və onların toxuculuq sənəti öz unikal naxışları, rəng çalarları və yüksək keyfiyyəti ilə fərqlənir. Bu xalçaçılıq məktəbinin Azərbaycan xalçaçıqlıq məktəbinə xüsusi ilə Quba xalçalarına böyük təsiri olduğu da deyilir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Mart 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see228

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see180

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

19 Avqust 2025 18:14see171

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see158

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see130

Universitetlərə müsabiqədənkənar qəbul olanların sayı açıqlanıb

19 Avqust 2025 11:22see130

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see126

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see124

ÇL: Pley offda gecənin nəticələri

20 Avqust 2025 01:23see124

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see123

“Qalatasaray”da ayrılıq RƏSMİ

19 Avqust 2025 22:42see122

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see121

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see120

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see120

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see120

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see119

Bakıda BİABIRÇI görüntülər: Pasiyentin çılpaq görüntüsünü yayıb, rəqs elədi AÇIQLAMA

19 Avqust 2025 16:44see119

Başqalarını ittiham etməyin tarixi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

19 Avqust 2025 19:02see119

Bakının bu rayonları qazsız qalacaq

19 Avqust 2025 23:19see118

Moto sürən ata və oğlu ağır yol qəzasında öldü VİDEO

19 Avqust 2025 23:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri