Frida Kalonun həyatı film olur
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Netflix" platforması məşhur meksikalı rəssam Frida Kalo və onun həyat yoldaşı, rəssam Dieqo Rivera haqqında serial hazırlayır.
Axşam.az xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.
Serial fransız yazıçısı Klair Berestin “Qara yoxdur və olmayacaq” romanı əsasında çəkiləcək. Əsər cütlüyün mürəkkəb və ehtiraslı münasibətlərindən bəhs edir.
Qeyd edək ki, Frida Kalo (1907–1954) Meksikanın ən məşhur rəssamlarından biri hesab olunur. Onun yaradıcılığında realizm, simvolizm və xalq motivləri birləşir. Rəssamın məşhur əsərləri arasında “Henri Ford xəstəxanası”, “Mənim paltarım burada asılıb” və “Sınıq sütun” kimi tablolar var.
Kalo 18 yaşında ağır yol qəzasına düşmüşdü. Nəticədə onurğası üç yerdən qırılmış, çanaq, qabırğa və ayaq sümükləri zədələnmişdi. Bundan əlavə, dəmir məhəccər onun qarın nahiyəsindən keçmişdi. Bu qəzadan sonra rəssam ömrü boyu güclü ağrılar çəkib.
O, 1929-cu ildə məşhur rəssam Dieqo Rivera ilə evlənmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 14 Mart 2026 00:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















