Icma.az
close
up
RU
“AXCP Müsavat cütlüyü 5 ci kalonun missiyanı yerinə yetirir” Deputat

“AXCP Müsavat cütlüyü 5 ci kalonun missiyanı yerinə yetirir” Deputat

525.az saytına istinadən Icma.az xəbər verir.

“Çox təəssüf olsun ki, 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın əldə etdiyi uğurlara, qələbəmizə kölgə salmağa çalışan AXCP-Müsavat cütlüyü bununla bir növ böyük Zəfərimizin önəmini və miqyasını kiçiltmək istəyirdilər. Xüsusilə də Şuşa zəfərindən sonra Ermənistanın kapitulyasiya aktını imzalaması, eyni zamanda, üç rayonumuzun - Ağdam, Kəlbəcər və Laçının bir güllə atılmadan geri qaytarılmasını belə fərqli şərh edirdilər”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

O bildirib ki, üçtərəfli bəyanatın müddəalarından biri olan Rusiya sülhməramlıların Qarabağda yerləşdirilməsini də məğlubiyyətə bərabər bir addım kimi dəyərləndirirdilər:

“Hətta qeyd edirdilər ki, rus əsgəri heç vaxt Azərbaycan ərazisini tərk etməyəcək. Onlar çoxlu xoşagəlməz fikirlər irəli sürürdülər. Nəticə etibarilə zamanında “Azərbaycan hətta bir kənd belə qaytara bilməz” fikrini səsləndirən bu şəxslər indi işğaldan azad olunmuş rayonlarımızın, şəhərlərimizin, kəndlərimizin sayını görməzdən gəlir, bu qələbənin əldə olunmasına inanmaq, hətta  sevinmək belə istəmirdilər. Şükürlər olsun ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində nəinki rus sülhməramlıları torpaqlarımızı tərk etdi, hətta öz suverenliyini tam olaraq bərpa etdi. Heç bir zaman olmadığı qədər Azərbaycan güclü, qüdrətli bir dövlətə  çevrildi. Faktiki olaraq həm o dövrdə, həm ondan sonrakı proseslər zamanı məhz AXCP-Müsavat cütlüyü və bu partiyalarda təmsil olunan şəxslər 5-ci kalonun missiyanı yerinə yetirmiş oldular. Çox təəssüflər olsun ki, kənar güclərin və onların görmək istədikləri reallıqları əks etdirən fikirləri tirajlamaqla bir növ Azərbaycanın uğuruna kölgə salmağa, ona qarşı arqumentlər irəli sürməyi özlərinə bir missiya kimi seçmişdilər”. 

Deputat söyləyib ki, Azərbaycanda çoxlu siyasi partiyalar var, hansı ki, biz onların müxalif mövqedə olmalarına baxmayaraq ümummilli, taleyüklü məsələlərdə birlik nümayiş etdirdiklərini həm 44 günlük Vətən müharibəsində, həm də ondan sonrakı dövrlərdə gördük və bu gün də görməkdəyik. Qarabağda və Şərqi Zəngəzurun azad olunmasından sonra siyasi partiya rəhbərlərinin səfərlərinə şahidlik etdik. Amma AXCP və Müsavat partiyasının rəhbərləri və təmsilçiləri çox təəssüf olsun ki, bu proseslərə belə qoşulmurlar, faktiki olaraq Azərbaycanın əldə etdiyi uğurlara sanki qısqanclıq nümayiş etdirirlər, reallaşan prosesləri görməzdən gəlirlər. İnsanlar arasında fərqi fikirlər yaymaqla bir növ təxribatla məşğul olurlar. 
İstənilən halda, Azərbaycan xalqı kimin kim olduğunu və kimlərin nəyə xidmət etdiklərini çox yaxşı bilir. Xüsusilə də sonuncu Prezident seçkilərində Azərbaycan xalqı bir daha yekdilliklə cənab İlham Əliyevə səs verərək öz mövqeyini ortaya qoydu. Parlament seçkilərində də xalq Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdi. Biz cənab Prezidentin ətrafında bir olmağı, bizi istəməyən qüvvələrə qarşı birlik nümayiş etdirməyi bacarırıq və bu mövqeyimizi davam etdirəcəyik. Uğurlarımızı, nailiyyətlərimizi görməzdən gələn, əldə edilən bu nailiyyətlərə kölgə salmaq istəyən qüvvələr, şəxslər isə elə ömür boyu kənar güclərə, bizi istəməyən dairələrə xidmət göstərməkdə davam edəcəklər. Xalq isə onlara müxtəlif vasitələrlə yerlərini bildirəcək və hər zaman onlar kənardan Azərbaycanın inkişafına baxaraq köks ötürəcəklər”.

İsgəndər Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Noyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri