Frontex: Aİ yə qeyri qanuni keçidlərin sayı 40 faiz azalıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Berlin, 15 may, AZƏRTAC
Bu ilin ilk dörd ayında Avropa İttifaqı (Aİ) sərhədlərindən qeyri-qanuni keçidlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalaraq 28 min 500-dən bir qədər çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) məlumatında qeyd edilib. Bildirilib ki, azalma tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsi, əsas çıxış ölkələrində qabaqlayıcı tədbirlərin görülməsi və ilin əvvəlində müşahidə olunan əlverişsiz hava şəraiti ilə bağlıdır.
Frontex-in məlumatına görə, Mərkəzi Aralıq dənizi marşrutu ilin ilk dörd ayında Aİ-yə qeyri-qanuni miqrasiyanın ən intensiv istiqaməti olub. Bu marşrut üzrə təxminən 8500 keçid qeydə alınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 46 faiz azalma deməkdir. Əsas çıxış nöqtəsi yenə də Liviya olub.
Ən kəskin azalma isə Qərbi Afrika marşrutunda qeydə alınıb. Burada qanunsuz keçidlərin sayı 78 faiz azalaraq təxminən 2300-ə düşüb. Frontex bunu Mavritaniya, Seneqal və Qambiyanın İspaniya və Aİ ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə əlaqələndirib.
Bununla yanaşı, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, 2026-cı ilin əvvəlindən indiyədək Aralıq dənizində 1200-dən çox insan həyatını itirib. Frontex hazırda Aİ-nin xarici sərhədlərində 3800-dən çox əməkdaşının fəaliyyət göstərdiyini bildirib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 15 May 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















