Icma.az
close
up
RU
Frontex: Avropa İttifaqı sərhədlərindən qanunsuz keçmələrin sayı 37 faiz azalıb

Frontex: Avropa İttifaqı sərhədlərindən qanunsuz keçmələrin sayı 37 faiz azalıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Bu ilin ilk altı ayında Avropa İttifaqının (Aİ) xarici sərhədlərində qeyri-qanuni keçidlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalaraq 49 mindən bir qədər çox olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) məlumatında bildirilib. Qeyd olunub ki, azalma tərəfdaş ölkələrlə davamlı əməkdaşlıq və əsas mənşə ölkələrində həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Avropaya istiqamətlənən qayıqların sayının azalması ilə bağlıdır.

Hesabata görə, Şərqi və Mərkəzi Aralıq dənizi marşrutları qeyri-qanuni miqrasiyanın əsas istiqamətləri olaraq qalır və ümumi keçidlərin 60 faizindən çoxunu təşkil edir. Şərqi Aralıq dənizi marşrutunda 16,6 mindən çox keçid qeydə alınıb ki, bu da illik müqayisədə 20 faiz azdır. Mərkəzi Aralıq dənizi marşrutu üzrə isə təxminən 14 min 300 keçid qeydə alınıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox azdır.

Qərbi Afrika marşrutunda qeyri-qanuni keçidlərin sayı 67 faiz azalaraq təxminən 3700-ə enib. Qərbi Aralıq dənizi marşrutu isə artım qeydə alınan yeganə əsas istiqamət olub. Bu marşrut üzrə aşkarlanan keçidlərin sayı 17 faiz artaraq təxminən 7900-ə çatıb. Artım əsasən Əlcəzairdən gələn miqrantların sayının çoxalması ilə əlaqələndirilir.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən indiyədək Aralıq dənizində 1300-ə yaxın insan həyatını itirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyul 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri