Icma.az
close
up
RU
FSB Kadırovun səhhətinə nəzarət edir: Çeçenistan lideri “pampers“ə keçib

FSB Kadırovun səhhətinə nəzarət edir: Çeçenistan lideri “pampers“ə keçib

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, “Novaya qazeta Evropa” son günlərdə Çeçenistan rəhbəri Ramzan Kadyrovun səhhəti ilə bağlı diqqətçəkən məlumatlar yayıb. Nəşrin iddiasına görə, Kadırov son bir ildə xeyli arıqlayıb və bunu əvvəlcə ölçüyə görə tikilmiş paltarlarla gizlədib. İndi isə daha boş şalvar və geniş koftalara üstünlük verir.

Çeçenistan üzrə UFSB-nin mənbələri bildirir ki, geyim tərzindəki dəyişikliklər və iş qrafikinin yüngülləşdirilməsi onun ciddi sağlamlıq problemləri ilə bağlıdır. Məlumatlara görə, Kadırov yüksək ixtisaslı tibbi yardım alır və hal-hazırda dializ və nefrostoma prosedurlarından keçir. Nefrostoma — sidiyi böyrəklərdən xaricə yönləndirən drenajdır və bu prosedur ömürlükdür. Bu, fiziki yüklənmədən qaçmağı, geniş paltar geyinməyi, həmçinin sidik kisəsi üçün cibə sahib xüsusi alt paltarından ("pampers") istifadə etməyi tələb edir.

Mənbələrin bildirdiyinə görə, Kadırov bəzən həkimlərin göstərişlərinə əməl etmir, bu isə bir neçə dəfə kritik situasiyaların yaranmasına səbəb olub. Bu səbəbdən FSB onun səhhətini təkcə peşəkar maraqla deyil, həm də nəzarət mexanizmləri ilə ciddi izləyir.

Xatırladaq ki, Ramzan Kadırovun Azərbaycan cəmiyyətində nüfuzuna böyük zərbə vuran hadisələrdən biri 2024-cü ilin 25 dekabrında baş verib. Həmin vaxt Qroznı şəhərində Azərbaycan təyyarəsinin vurulması fonunda Kadırov özünü olduqca təbiiyyətsiz və yersiz şəkildə apararaq, Azərbaycan xalqının qəzəbinə səbəb olmuşdu. Onun bəyanatları qardaş ölkəyə qarşı qeyri-səmimi mövqe kimi qiymətləndirilmiş, həm Azərbaycanda, həm də diasporada kəskin qınaq doğurmuşdu.

Bu gün isə yayılan məlumatlar göstərir ki, Kadırovun səhhətindəki problemlər artıq geri dönməz xarakter alıb. Dializ və nefrostoma kimi prosedurlar uzunmüddətli və ömürlük tibbi nəzarət tələb edir. Bu isə onun gələcəkdə siyasi və fiziki aktivliyini məhdudlaşdıracaq.

Kadırov bir tərəfdən ağır xəstəliklərlə mübarizə aparır, digər tərəfdən isə regiondakı təbii olmayan davranışları və xüsusilə Azərbaycanla bağlı məlum qalmaqalı səbəbilə ciddi nüfuz itkisi yaşayır. Bu gün FSB-nin onun səhhətinə nəzarəti həm şəxsi, həm də siyasi böhranın dərinliyini göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Sentyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri