Oğlunun saatı Kadırovun başına BƏLA OLDU Çeçenistan rəhbərinin istefası GÜNDƏMDƏ FOTO
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova ailəsi ilə bağlı dəbdəbə nümayişi qalmaqallarından sonra xüsusi kurator təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə INSIDER-T Telegram kanalı məlumat yayıb.
Mənbə bildirib ki, daimi nəzarət məsələsi Kreml daxilində qapalı iclaslarda müzakirə olunub. Nəticədə qərara gəlinib ki, Kadırova şifahi xəbərdarlıqlar artıq kifayət etmir.
“Kuratora tapşırılıb ki, dəbdəbənin sosial şəbəkələrdə, mediada və birbaşa respublikada nümayişini izləsin. Ən kiçik pozuntu barədə siqnal birbaşa prezidentə ötürüləcək”, – deyə mənbə qeyd edib.
Putinlə Kadırov arasında gərginlik Çeçenistan rəhbərinin oğlu, respublika parlamentinin deputatı Adam Kadırovun toyundan sonra yaranıb. İnsayder məlumatlarına görə, Ramzan Kadırova sentyabradək dəbdəbəli həyatlarını açıq nümayiş etdirməyə qadağa qoyulub.
Lakin məhdudiyyətlərin aradan qaldırılmasından iki həftə sonra sosial şəbəkələrdə Adam Kadırovun brilyant saatlarının fotoları yayımlanıb. Bu addım Vladimir Putinin kəskin reaksiyasına səbəb olub.
Mənbələrin iddiasına görə, Putin bununla bağlı sərt xəbərdarlıq edib. Təkrar pozuntu baş verəcəyi halda Ramzan Kadırovun istefası məsələsi gündəmə gətiriləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 20 Sentyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















