FTB amerikalı milyarderin ölümü ilə bağlı yeni DETALLARI AÇIQLADI KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) milyarder Ceffri Epsteinin ölümünə dair araşdırmanın nəticələrini açıqlayıb.
KONKRET.az xəbər verir ki, qurumun yaydığı rəsmi məlumata görə, 2019-cu ildə Nyu-Yorkdakı həbsxanada ölü tapılan Epsteinin “öldürülmədiyi” müəyyən edilib.
FTB bildirir ki, topladığı sübutlar, tibbi ekspertizaların nəticələri və araşdırma zamanı əldə olunan digər məlumatlar əsasında Epsteinin intihar etdiyi qənaətinə gəlinib. Bu, onun ölümünün ardınca ortaya çıxan sui-qəsd nəzəriyyələrini təkzib edir.
Qeyd edək ki, Ceffri Epstein azyaşlı qızlara qarşı cinsi zorakılıq və fahişəlik şəbəkəsi qurmaq ittihamları ilə mühakimə olunurdu. O, yüksək vəzifəli şəxslərlə əlaqələri ilə tanınırdı və barəsində davam edən cinayət işi ictimaiyyətdə və mediada geniş rezonans doğurmuşdu.
Epsteinin ölümündən sonra cəmiyyətin bir hissəsi onun sui-qəsd nəticəsində qətlə yetirildiyini iddia edirdi. Xüsusilə də onun ətrafında olan nüfuzlu şəxslərin adları istintaqa cəlb olunarkən bu ehtimallar daha da güclənmişdi. Lakin FTB-nin son açıqlaması bu iddialara son qoymaq məqsədi daşıyır.
Hazırda Epsteinin cinayət işi çərçivəsində digər şübhəli şəxslərlə bağlı araşdırmalar davam etdirilir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 30 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















