Icma.az
close
up
RU
Sulu qəlyanın quru ölümü Həkim AÇIQLADI KONKRET

Sulu qəlyanın quru ölümü Həkim AÇIQLADI KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qəlyan son illərdə gənclər arasında populyarlığı artan bir vərdişdir.

“Bir dəfə ilə heç nə olmaz” deyərək sulu qəlyan çəkənlər sonradan vərdişkar və aludəçi hala gəlirlər. Əsasən, gənclərin zərərsiz hesab etdiyi sulu qəlyan isə zənn edildiyindən də artıq ziyanlıdır.

Cəmi bir dəfə çəkilən qəlyan orqanizmin bir aylıq immunitetini məhv edir. Ən təhlükəlisi isə qəlyandan əvvəl və ya sonra spirtli içki qəbul etməkdir. Bu, orqanizmə daha çox zərər verir. Çünki qəlyanın tərkibində siqaretdən də çox nikotin var…

Əvvəllər siqaret çəkməyə alternativ kimi təqdim edilən qəlyan bir çoxları tərəfindən daha az zərərli olduğu düşünülərək istifadə edilir. Lakin qəlyanın sağlamlıq üzərindəki təsirləri heç də gözlənildiyi kimi deyil. Bir çox insan qəlyan çəkməyin siqaretdən daha az zərərli olduğuna inanır, amma bu da ciddi sağlamlıq problemlərinə yol aça bilər. Qəlyanın tərkibindəki zəhərli maddələr və uzun müddətli istifadəsi bədənin müxtəlif hissələrində ağır fəsadlar yarada bilər.

Bəs qəlyanin nə kimi zərərləri var?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Milli.Az-a həkim Sərxan Musayev açıqlama verərək bildirib ki, qəlyan çəkmək tütünün su vasitəsilə keçməsi səbəbindən bir çox insan tərəfindən zərərli maddələrdən təmizlənmiş kimi qəbul edilir. Lakin bu, tamamilə səhv bir fikirdir.

“Su yalnız zərərli maddələrin bir hissəsini süzüb təmizləsə də əsas zəhərli maddələr hələ də qalır və bu maddələr çəkmə zamanı orqanizmə daxil olur. Qəlyan çəkərkən tütün ağ ciyərlərə daha dərin şəkildə daxil olur və bununla da tütünün yaratdığı zərərlər artır.

Həmçinin, qəlyan çəkmək üçün istifadə olunan bir dəfəlik musluklar da infeksiyalardan qorunma təmin etmir. Çünki bakteriyalar tütünün qoruyucu qatında və su qabında qalır. Qəlyanın qızdırılması üçün istifadə olunan kömürdən ayrılan zəhərli qazlar, tütün vasitəsilə ağ ciyərlərə daxil olur. Nəticədə qəlyan çəkmək dad hissiyatının pozulmasına, ağ ciyər və qalxan bədən xərçənginə, astmadan əziyyət çəkməyə, davamlı baş ağrılarına, yanaq əzələlərinin deformasiyasına, spermatozoid keyfiyyətinin pisləşməsinə və bədəndə bir çox bakteriyanın toplanmasına səbəb ola bilər. Buna görə də qəlyan müntəzəm olaraq istifadə edildikdə ciddi sağlamlıq problemlərinə yol aça bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri