Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

FTX yə bağlı erməni diaspor liderindən sensasion açıqlama

FTX yə bağlı erməni diaspor liderindən sensasion açıqlama

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyana Kreml kluarlarında deyilib ki, Moskva Paşinyana etibar etmir və hakimiyyəti müvəqqətidir.

Nə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya etibar edir, nə Rusiya ona. Bunu Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini “Sputnik Armeniya”ya şərh edərkən deyib.

Onun sözlərinə görə, geosiyasi dəyişikliklər fonunda, o cümlədən ABŞ-da keçirilən seçkilərdən sonra ikitərəfli dialoqda müəyyən irəliləyiş əldə olunub. Bunu xüsusilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya son səfəri sübut edir. Eyni zamanda Abramyan vurğulayıb ki, Ermənistan rəhbərliyinin hərəkətlərində ardıcıllıq yoxdur. “Rusiya ilə xoş münasibətlərə dair bəyanatlar verilir, eyni zamanda parlament Avropa İttifaqına qoşulma prosesinin başlanması ilə bağlı qanun layihəsini qəbul edir. Nə baş verdiyi bəlli deyil. Hər şey qeyri-sabitdir. Rusiyada Paşinyana etibar edilmir”, - o deyib.

Abramyanın sözlərinə görə, o, mütəmadi olaraq Rusiya tərəfi ilə əlaqə saxlayır və bu söhbətlərdə o fikir vurğulanır ki, Ermənistanda mövcud hakimiyyət müvəqqətidir. İttifaq sədri Ermənistanın Moskvadakı səfirliyindən də gileylənib, ən böyük diaspor təşkilatı olan Rusiya Erməniləri İttifaqı ilə əlaqədən yayındıqlarını deyib: “Biz onları bütün tədbirlərimizə dəvət edirik, amma gəlmirlər. Nə keçmiş səfir, nə də indiki səfir. Bizə birbaşa deyirlər: bizim vəzifəmiz var - Rusiya Erməniləri İttifaqını məhv etməkdir”.

Abramyan xatırladıb ki, Rusiya Ermənistanın əsas iqtisadi tərəfdaşı olaraq qalır, keçən il ölkələr arasında ticarət dövriyyəsi 12 milyard dollara çatıb. O, buğda kimi həyati əhəmiyyətli məhsulların əsasən Rusiya Federasiyasından gətirildiyini vurğulayıb. “Ermənistan gələcəkdə bu resursları haradan və hansı qiymətlərlə əldə edə biləcək? Eyni qeyri-müəyyənlik qaz təchizatına da aiddir. İrandan mümkün tədarüklər müzakirə edilir, lakin mövcud qaz kəmərinin gücü yetərli deyil və yenisi tikilənə qədər keçid dövründə ölkənin necə təmin ediləcəyi sualı açıq qalır”, - deyə o bildirib.

Abramyan sıradan erməni deyil, o cümlədən uzun illər yaşadığı və ən təşkilatlanmış diasporun başında dayanan şəxs kimi Rusiya kəşfiyyatı ilə bağlılığı da şübhə doğurmur. Onun səsləndirdiyi iki fikir xüsusilə diqqət çəkir: Paşinyana Moskvanın etibar etməməsi və Ermənistanda mövcud hakimiyyətin müvəqqəti olması barədə Rusiya hakim dairələrindəki rəy. Qeyd edək ki, uzun müddət o rəy də vardı ki, guya Paşinyan əslində Rusiyanın adamıdır və etdiyi “cığallıqlar” məqsədli və Kremllə razılaşdırılmış addımlardır. Diaspora rəhbəri bu iddianı rədd edir. İkincisi, Rusiya hakimiyyətində Paşinyanın müvəqqəti olması barədə formalaşan rəydir. Abramyanın dediyi həm də o anlama gəlir ki, Rusiya əslində Ermənistandakı hakimiyyəti istənilən vaxt devirə də bilər, ona görə Paşinyanla “müvəqqəti çətinliyə” dözür.

Yeri gəlmişkən, Paşinyanın əvvəlki nüfuzu və reytinqi də yoxdur. Bunu son seçkilər təsdiqləyir. Ermənistanın ikinci böyük şəhəri Gümrüdə və Parakarda keçirilən seçkilər Paşinyanın partiyasının gözlədiyi nəticələri verməyib. Gümrüdə hakim partiya birinci olsa da, mer vəzifəsi üçün lazım olan 50 faizdən artıq səsi təkbaşına toplaya bilməyib və nəticədə müxalif koalisiya bu vəzifəyə öz namizədini təyin edə biləcək. Parakarda isə hakim partiya birmənalı məğlub olub. Bu da gələcəkdə Ermənistanda seçki yolu ilə iqtidarın dəyişməsi fürsətini yaratmış olur. Rusiya Gürcüstanda da Saakaşvili iqtidarına 8 il dözdü və nəhayət, 2012-də seçki yolu ilə onu yola saldı. Çünki buna qədər Gürcüstanda Rusiyaya nifrət var idi və hansısa çevriliş mümkün deyildi. Eynilə Ermənistanda da müharibənin nəticələrinə görə anti-Rusiya əhval-ruhiyyəsi hökm sürdüyü üçün Moskva seçkilərlə nəticə əldə etmək niyyətində ola bilər.

Bu arada, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin aprelin 3-də deyib ki, İrəvan seçim etməlidir: “Avrasiya İqtisadi İttifaqı və Avropa Birliyində eyni vaxtda olmaq mümkün deyil, Ermənistan harada olmağa qərar verməlidir. Aİİ bərabərhüquqlu dövlətlərin birliyidir, AB isə reallıqdan uzaq olan Brüssel bürokratları tərəfindən qoyulan anti-Rusiya hekayələrinə tabe dəyənək intizamının hökm sürdüyü bir qurumdur. Harada olmaq rəsmi İrəvandan asılıdır. Ümid edirik ki, Aİİ üzvlüyünün bütün faydaları və buradan ayrılmanın itkilərinin miqyası Ermənistan cəmiyyətinə izah ediləcək ki, erməni cəmiyyətində reallıq haqqında obyektiv təsəvvür yaransın”.

Oqtay Qasımov

Siyasi ekspert Oqtay Qasımovun “Yeni Müsavat”a bildirdiyinə görə, hazırkı Rusiya-Ermənistan münasibətlərini keçmiş müttəfiqlərin soyuq əlaqələri adlandırmaq olar. Onun fikrincə, Paşinyan qərbyönümlü və anti-Rusiya mövqeyində dayanan siyasətçidir: “Lakin hakimiyyətinin ilk üç ilində Rusiya ilə münasibətləri tənzimləyirdi, hətta Kremlin kölgəsində siyasət həyata keçirməyə üstünlük verir. Müharibədən sonra Paşinyan cəsarətləndi, xüsusən də gördü ki, döyüş meydanında məğlubiyyət onun hakimiyyətdən getməsinə səbəb olmadı, o zaman qərbyönümlü siyasətini daha açıq şəkildə yürütməyə başladı, Rusiya ilə məsafəni artırdı”.

Amma iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini, sanksiyalardan yayınmaqda Ermənistanın Rusiyaya kömək etdiyini vurğulayan ekspert hesab edir ki, münasibətlər ikibaşlıdır: “İki ölkə arasında ticarət dövriyyəsi son illərdə 5 dəfə artıb. Sadəcə, Ara Abramyan kimi varlılar Rusiyada himayədar axtarışındadır, Paşinyan isə Qərbdə hami axtarır. Bu baxımdan, hazırkı münasibətlər nisbətən soyuq sayıla bilər, amma Kreml Ermənistanda anti-Rusiya ovqatını da nəzərə alır. Ona görə də özünə yaxın qüvvələrin vasitəsilə hakimiyyəti dəyişməyə çalışır, nəinki daha sərt yollara əl atır. Amma Ermənistanda iqtidarı dəyişməyə gücü çatacağını zaman göstərər. Hazırda bu dəyişikliyi gözləmirəm”.

O.Qasımov, ümumiyyətlə, Rusiyanın Ermənistandan və bütövlükdə Cənubi Qafqazdan tam gedəcəyini proqnozlaşdırmır. Onun qənaətinə görə, Trampın Putinlə dialoqu Rusiyanı beynəlxalq izolyasiyadan çıxarır: “Təbii ki, Paşinyan iqtidarı da vəziyyəti dəyərləndirir. Eyni zamanda Qərb kəşfiyyatı Ermənistanda aktivdir və hakimiyyəti qoruyur. Bu mənada, Ermənistan uğrunda geopolitik mübarizə səngimiş kimi görünsə də, Rusiyanın oradakı vəziyyəti dəyişməsi Ukrayna müharibəsinin nəticələrindən və Amerikanın Cənubi Qafqaz siyasətindən asılı olacaq”.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Aprel 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri