Suriye liderindən İsraillə bağlı şok açıqlama...
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriyanın yeni rəhbəri Əhməd əş-Şara İsraillə münasibətlərin normallaşdırılmasında maraqlı olduqlarını bildirib.
Axar.az-ın Musavat.com-a istinadən məlumatına görə, O, bu barədə ABŞ konqresmeni Kori Mills ilə görüşdən sonra bəyan edib.
Mills Suriyaya həmkarı, konqresmen Marlin Ştutsmanla birlikdə səfər edib. Bu, Suriya eks-prezidenti Bəşər Əsədin devrilməsindən sonra ABŞ rəsmilərinin ölkəyə ilk rəsmi səfəri olub.
Görüş zamanı ABŞ tərəfi Suriyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılması və ya tam ləğv olunması üçün bir sıra şərtlər irəli sürüb. Onlardan biri də İsraillə münasibətlərin normallaşdırılmasıdır. Əl-Şaraa bu istiqamətdə müəyyən şərtlərlə irəliləməyə hazır olduqlarını deyib və vurğulayıb ki, Suriya "İbrahim Sazişləri"nə qoşulmaq imkanını nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 25 Aprel 2025 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















