Icma.az
close
up
RU
Fuad Abbasov: “Gürcüstan hökuməti Qərbə və Rusiyaya eyni anda mesaj göndərir”

Fuad Abbasov: “Gürcüstan hökuməti Qərbə və Rusiyaya eyni anda mesaj göndərir”

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Abxaziya və Cənubi Osetiya məsələsinin həlli bu mərhələdə mümkün deyil

Rusiya Gürcüstanla dialoqu genişləndirməyəcək, iqtisadi əlaqələr isə davam edəcək

On ildən artıq vaxt keçməsinə baxmayaraq, Abxaziya və Cənubi Osetiya məsələsi hələ də həllini tapmayıb. Bu, Rusiya-Gürcüstan münasibətlərində gərginliyin əsas səbəblərindən biridir. Gürcüstan Baş naziri İrakli Kobaxidze Moskva-Tbilisi danışıqlarının bərpası barədə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatını şərh edərkən bildirib ki, ölkənin işğalın ləğvi ilə bağlı prinsipial mövqeyi və “qırmızı xətləri” var. Baş nazirin sözlərinə görə, işğalın ləğvi Gürcüstan hökuməti üçün heç bir güzəştə açıq olmayan, yenidən nəzərdən keçirilməyəcək qırmızı xətdir. 

Politoloq Fuad Abbasov Sherg.az-a açıqlamasında regiondakı mövcud geosiyasi vəziyyət çərçivəsində Gürcüstanın torpaq bütövlüyü uğrunda mövqeyi, həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə göndərdiyi mesajlar və Rusiya ilə əlaqələrinin gələcək perspektivlərindən danışıb:

"2008-ci il 8 avqustda başlayan Rusiya-Gürcüstan münaqişəsinin əsas memarı olan Saakaşvili həbsdədir. Avropadan isə bu qarşıdurmanın ən böyük dəstəkçisi olan Sarkozi də öz ölkəsində qanuni məsuliyyətlə üzləşib və müəyyən hüquqi problemlərlə qarşılaşır. Bu vəziyyətdə həm Qərbin, həm Moskvanın, həm də Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemini gündəmə gətirməsi, həll yollarını axtarması praktiki olaraq mümkün görünmür. Gürcüstan hakimiyyəti Qərb yönümlü olduğunu göstərməyə çalışsa da, hər kəs yaxşı bilir ki, İvanaşvilinin dövründən başlayaraq hakimiyyət Moskvaya meyllidir. Bunu Qərb də yaxşı başa düşülür. İrakli Kobaxidze bu bəyanatla həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə mesaj vermək istəyir. O demək istəyir ki, “Biz Abxaziya və Cənubi Osetiya problemini unutmamışıq, ölkəmizin torpaq bütövlüyünü tələb edirik və işğalla barışmırıq". Bu mesaj həm Avropaya, həm də Moskvaya ünvanlanır. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Moskva Abxaziya və Cənubi Osetiya məsələsini Tbilisi ilə yenidən müzakirə etməyə niyyətli deyil. Rusiya status-kvonu qoruyacaq və bu bölgələri müstəqil dövlət kimi tanımağa davam edəcək".

Politoloq Rusiya-Ukrayna müharibəsinin Avropanın resurslarını tükətdiyini söyləyib:

"İkinci bir münaqişəyə qarışmaq və Rusiyaya qarşı diplomatik gərginlik yaratmaq Avropa üçün məqbul deyil. Bu səbəbdən böyük ehtimalla Rusiya-Gürcüstan əlaqələri olduğu kimi qalacaq. Diplomatik gərginlik olsa da, iqtisadi əlaqələr davam edəcək. Yuxarı Lars Gömrük keçid məntəqəsi işləyəcək, Rusiya və Gürcüstan vətəndaşları qarşılıqlı səfərlərini davam etdirəcəklər. Son açıqlamaların nə Qərbin Abxaziya-Cənubi Osetiya məsələsinə aktiv müdaxiləsinə, nə də Moskva ilə Tbilisi arasında diplomatik gərginliyə gətirib çıxaracağını düşünmürəm. Əsas məqsəd həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə mesaj verməkdir. Gürcüstan torpaqlarının bütövlüyünü bərpa etməyə hələ də niyyətli olduğunu göstərməyə çalışır. Ukrayna müharibəsinin nəticələri hələ məlum deyil. Trampın sülh planını Ukrayna hələ tam qəbul etməyib. Bu şəraitdə nə Rusiya, nə də Gürcüstan bu məsələdə üstünlük əldə edə bilər". 

Ekapert Rusiya-Gürcüstan münasibətlərinin diplomatik səviyyədə gərgin, iqtisadi səviyyədə isə aktiv şəkildə davam edəcəyini və status-kvonun qorunacağını söyləyib:

"Gələcəkdə əgər Ukrayna torpaq bütövlüyü uğrunda qalib gəlsə və Rusiyanın məğlubiyyəti ilə nəticələnərsə, Gürcüstanda da torpaqların bərpası məsələsi ictimai rezonans doğura bilər. Bu halda ciddi dəyişikliklərin baş verməsi mümkündür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri