Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

RUSİYAYA, YOXSA QƏRBƏ DOĞRU?...

RUSİYAYA, YOXSA QƏRBƏ DOĞRU?...

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Nurəddin İSMAYIL

Qroznı səmasında sərnişin təyyarəmizin vurulmasından sonra Rusya ilə Azərbaycan arasında münasibətlər son beş ildə müşahidə edilmədiyi qədər gərginlik fazasına daxil olub. Dövlət başçısının Qroznıda vurulan təyyarəmizin sorğu-sualını başlatması, törədilən cinayətə görə Rusiyanın rəsmi üzr istəməsi, günahkarların cəzalandırılması, qəzada həlak olanların ailələrinə kompensasiya ödənilməsi tələbini irəli sürməsi, təkəbbürlü Kreml yönətimini cin atına mindirib.

Rusiyanın rəsmi dairələrindən tutmuş media resurslarına qədər bütün instansiyalarda Azərbaycana qarşı qara piar kampaniyası aparılması, Rusiyadakı səfirimizin XİN-nə çağırılaraq, mətbuatımızda Rusiya “əleyhinə” gedən yazılara görə ona nota verilməsi bizi bu ölkənin məkrli siyasəti haqqında daha dərindən düşünməyə vadar edir.

Baş verənlər təsadüfi deyil, əksinə, bu cür yanaşmalar beynəlxalq hüquq normalarını saya salmayan Rusiyanın zaman-zaman ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə yönəlik imperial iddialarından irəli gəlir. Azərbaycanın Rusiya ilə münasibətlərində beynəlxalq hüquq normalarına söykənən qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verməsinə rəğmən bu ölkənin mütəmadi olaraq ölkəmizə qarşı imperiya təfəkkürü ilə yanaşması göz qabağındadır. Ölkəmizin 44 günlük vətən müharibəsindən sonra suverenliyini, ərazi bütövlüyünü bərpa etməsini, Cənubi Qafqazın aparıcı dövləti olaraq regionda, eləcədə dünya çapında nüfuz qazanmasını həzm edə bilməyən Rusiya, qarşılıqlı etimada, əməkdaşlığa söykənən qonşuluq münasibətlərini qorumaq yerinə, yenə də “güclüyəm, haqlıyam” kimi idbar siyasətini davam etdirir. Qərbin sankasiyaları içində boğulduğu, ticari embarqolara məruz qaldığı, hətta vassalı Ermənistan tərəfindən Qərbə keçi qiymətinə satıldığı bir vaxtda hər cür riski gözə alıb qardaş Türkiyə ilə birgə ona dayaq olan, nəfəs verən Azərbaycana qarşı bu cür alçaq siyasətin müəllifliyinə başqa bir dövlət iddia edə bilməz.

Bu, həmin Sovet İttifaqının varisi olan Rusiyadır ki, İkinci Dünya müharibəsində müasir texnologiyanın olmadığı bir şəraitdə, min bir zəhmətlə çıxarılan neftin 70, yüksək oktanlı aviasiya benzinin, yüksək keyfiyyətli sürtkü yağlarının 90 faizinin, təyyarə və tankları hərəkətə gətirən yanacağın istehsal olunub cəbhəyə göndərildiyi ölkənin Azərbaycan olduğunu unudur. Biz Qərbin bu gün xristian təəssübkeşliyi ilə tətbiq etdiyi ikili standartların örnəyini, hələ o zamanlarda - dotasiya ilə, dövlət büdcəsi hesabına yaşayan Ermənistana, varı-dövləti sovet hakimiyyətinin dövlət büdcəsinə axan Azərbaycandan daha yüksək dəyər verildiyi zamanlarda görmüşük.

Rusiyanın indiki halda ölkələrimiz arasında əldə edilən razılaşmalara, xüsusilə 22 fevral 2022-ci il tarixində Azərbaycan və Rusiya dövləti arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannaməyə zidd mövqe tutması onun siyasi təcrübəsində birinci hal deyil.

5 dekabr 1994 cü ildə keçirilən Budapeşt sammitində BMT Təhlükəsizlik Şurasına daxil olan nüvə dövlətlərinin birgə qərarına uyğun Ukraynanın gələcəkdə onun ərazi bütövlüyü, təhlükəsizliyi təmin olunması şərti ilə nüvə silahının yayılmaması müqaviləsinə qoşulması razılığı əldə edildi. Lakin illər keçdikdən sonra Rusiya, digər güc dövlətləri ilə birgə qəbul edilmiş Budapeşt memorandumunun üstündən xətt çəkdi və dünyanın gözü qarşısında həyasızcasına Ukrayna ərazilərini işğal etdi.

İraqda Səddam rejimini, Suriyada Əsəd rejimini qorumağı boynuna götürən Rusiya Qərbin bu ölkələrə hərbi müdaxiləsindən sonra o əraziləri taleyin kor ixtiyarına buraxıb, dərhal tərk etdi. Əfqanıstanda sovetləşdirmə məqsədi ilə yeritdiyi qanlı siyasətin uğursuzluğa məruz qaldığını görüb, bu ölkəni də, özündən sonra yüzillərin sağalmaz yaraları içində buraxıb, aradan çıxdı. Din qardaşı dediyi Gürcüstanı işğal edib subyektlərini özünə tabe etdirməklə ərazi bütövlüyünü məhv etdi.

İşğalçı, təcavüzkar, intriqa mənbəyi, münaqişə ocaqlarının körükçüsü olan bu ölkə öz reputasiyasını çoxdan itirmişdir. Azərbaycan ikili münasibətlərdə bu faktorları nəzərə almalı, xarici siyasət prioritetlərində ölkəmizi hər zaman təhdid altında saxlamağa vərdilş edən Rusiya ilə deyil, elmin, tərəqqinin, insan hüquq və azadlıqlarının inkişaf etdiyi Qərb alyansına inteqrasiya olunmağı hədəfləməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Yanvar 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see582

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see335

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see269

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see267

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see264

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see252

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see250

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see247

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see239

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see232

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see230

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see217

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see213

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see212

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see208

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see206

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see203

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see190

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see177

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri