Icma.az
close
up
RU
Fuad Abbasov: Rusiya “Qara qutunun” içərisindəki məlumatları dəyişdirməyə çalışır

Fuad Abbasov: Rusiya “Qara qutunun” içərisindəki məlumatları dəyişdirməyə çalışır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 25-də AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdıran Komissiya internetdə bununla bağlı rəsmi mənbələrə əsaslanmayan versiyaları şərh etməyəcək. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib. O da vurğulanıb ki, sözügedən komissiya ilkin hesabatı ölkənin qanunvericiliyinin tələblərinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının 13 saylı əlavəsinə əsasən açıqlayacaq. Nazirlikdən sözügedən komissiyanın hazırda fəaliyyətini davam etdirdiyi də bəyan olunub. 

Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib. Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub.


Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, təyyarə qəzasının başlıca günahkarı olan Rusiya müxtəlif bəhanələrlə hadisənin ilk saatlarından etibarən günahı üzərindən atmağa çalışırdı:


“Amma bütün bunlara müvəffəq ola bilmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, bu, məsələyə prinsipial mövqeyi onlara imkan vermədi. Birbaşa zənglər, şəxsi münasibətlər və digər metodlarla Azərbaycan hökümətinə təsir göstərilərək məsələnin üstünün ört-basdır edilməsinə çalışıldı. Hətta daha sonra İlham Əliyev öz qətiyyətli mövqeyini ortaya qoyduqdan sonra Rusiya hakimiyyəti müxtəlif metodlarla “qara qutunun” tərkibindəki informasiyanın dəyişdirilməsinə cəhd göstərdi. Digər tərəfdən Rusiya tərəfindən Braziliya, Amerika və London kimi dairələrin hava məkanına təsirlərin olması qeyri-mümkündür. London birbaşa olaraq sözügedən məsələyi izləyir, Azərbaycan və Qazaxıstanla davamlı olaraq əlaqələr saxlayır. Rəsmi Moskvanın qeyri-ciddi teleqram kanallarında guya mötəbər qaynaqlara istinad edərək de-şifrə olunan “Qara qutunun” içərisindəki məlumatları dəyişdirməyə çalışır. Qəzanın səbəbini araşdıran komissiyanın rəsmi olmayan mənbələrdən gətirilən versiyaları şərh etməmək arzusu da bununla əlaqədardır. Rusiyanın teleqram kanalları çox şey deyə bilər. “Qara qutunun” rəsmi məlumatları verilmədən Rusiya teleqram kanalları öz mötəbər mənbələrinə istinad edərək “Qara qutunu” de-şifrə edir. Ona görə də başda Azərbaycan Hava Yolları olmaqla yalnız rəsmi məlumatlara ümid edirik. Rusiyanın qəzanın başlıca səbəbkarı olduğunu boynuna alacağına və günahkarın cəzalandırılacağına inanırıq. Daha sonra təzminat  digər məsələlər həllini tapacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Yanvar 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri