Icma.az
close
up
RU
Qara qutunun lenti “ərimişdi”...

Qara qutunun lenti “ərimişdi”...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qarakənd faciəsindən 33 il ötür

Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında baş vermiş faciədən 33 il ötür. Belə ki, 1991-ci il noyabrın 20-də həmin ərazidə Azərbaycanın dövlət adamlarının, deputatların, ziyalıların olduğu “Mİ-8” hərbi helikopteri erməni hərbi birləşmələri tərəfindən vurulub.

Hərbi helikopterin terror hücumuna məruz qalması nəticəsində heyət üzvləri və sərnişinlər, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban

Namazəliyev,  ovaxtkı DQMV prokuroru İqor Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, Azərbaycan Televiziyasının işıqçısı Arif Hüseynzadə, videooperator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, heyət üzvləri Gennadi Domov və Dmitri Yarovenko həlak olublar.

33 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib. Məsələn, nə üçün bu qədər dövlət rəsmisi eyni zamanda bir helikopterə minib? Nə üçün döyüş zonasında mühafizə üçün onu hərbi helikopter müşayiət etməyib? Uçuşun dəqiq marşrutunu ermənilər haradan bilirdi?

O dövrdə ermənilər tərəfindən başladılmış Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar keçmiş SSRİ müstəvisində müəyyən addımlar atılırdı. Həmin addımlar guya problemi həll etmək üçün görüntü yaratmaq məqsədi daşıyırdı. Faciəyə aparan yola gəlincə, 1991-ci il noyabrın 18-də keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun köməkçisi Kremldən Bakıya zəng vuraraq respublikanın Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edir. Guya məqsəd Qarabağ ermənilərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması idi. Bu telefon zəngindən sonra Bakıda iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib edilir. Rəsmi Moskva həmin vaxt Azərbaycanda böyük nüfuza malik şəxslərin, o cümlədən dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun həmin siyahıda yer alması üçün xüsusilə israr edirdi. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, səfərə az müddət qalmış qərar dəyişir, Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Yeni siyahını Azərbaycanın o vaxtkı rəhbəri Ayaz Mütəllibov təsdiqləyir. Sual doğuran əsas məsələ odur ki, dövlət xadimlərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və ziyalıların olduğu helikopter uçuş zamanı mühafizə edilməyib.

Beləliklə,  “Mi-8” hərbi helikopterinin erməni terrorçuları tərəfindən vurulması nəticədə helikopterdə olan 22 nəfərin hamısı həlak olur. Hadisə baş verdikdən sonra ilkin olaraq Rusiya və Ermənistan KİV-ləri helikopterin dumanlı hava şəraitində qayaya çırpılması barədə məlumat yaydı. Lakin  sonradan onun ermənilər tərəfindən vurulması faktı təsdiqlənib. Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılır və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilir. Lakin sonradan cinayət işi üzrə istintaq dayandırılır. Səbəb kimi hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması göstərilir. Bundan başqa, Xankəndidəki sovet qarnizonunun hərbi prokuroru, anası erməni olan İ.Lazukitin faciə ilə əlaqədar cinayət işi açır, amma cinayətin təsdiqlənməsi üçün əsas sübut olan helikopterin qara qutusunu da ələ keçirir. Qara qutu Azərbaycanın hüquq-mühafizə orqanlarına verilmir, istintaq məqsədilə Moskvaya aparıldığı bildirilir. Bir müddət sonra isə partlayış nəticəsində qara qutunun lentinin “əridiyi” açıqlanır. Bununla da daha bir erməni cinayətinin üstünün örtülməsinə cəhd edilir.

Lakin 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində dövlətimiz öz ərazi bütövlüyünü və suverenliyini təmin edərək tarixi ədaləti bərpa etdi. Artıq ermənilər tərəfindən terror aktının törədildiyi Qarakənd kəndi də düşmən tapdağından azad edilib və Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xocavənd rayonunda Azərbaycan Bayrağını ucaldıb. Azərbaycan xalqına qarşına cinayətlər törətmiş canilərin bir qismi döyüş meydanında cəzasını aldı, bir qismi isə ədalət mühakiməsinə çıxarılacaq. Qarabağda üçrəngli bayrağımızın dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən Qarakənd faciəsinin qurbanlarının ruhları şaddır.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2024 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri