Icma.az
close
up
RU
Fuad Hüseynəliyev: Fransada bugünkü siyasi böhran Makronun yanlış idarəçiliyinin nəticəsidir Xəbər saytı Son xəbərlər və Hadisələr

Fuad Hüseynəliyev: Fransada bugünkü siyasi böhran Makronun yanlış idarəçiliyinin nəticəsidir Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransada bugünkü siyasi böhran Prezident Emmanuel Makronun yanlış idarəçiliyi və yanlış qərarlarının nəticəsidir.

Bunu "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Makronun bu cür siyasəti Fransa vətəndaşları arasında getdikcə daha çox narazılıq yaradıb və bu, yayda Avropa Parlamentinə keçirilən seçkilərin nəticələrində də özünü göstərib.

"Məhz belə gedişata görə Makron Fransa parlamentini yenidən formatlaşdırmaq qərarına gəldi və növbədənkənar seçkilər təyin etdi. Amma o, inandıra bilmədi. Faktiki olaraq parlamentdə üç əsas siyasi qüvvə - ultrasağçılar, ultrasolçular və Makronun özünün partiyası yer aldı, ancaq hökuməti parlament azlığı formalaşdırdı", - Hüseynəliyev bildirib.

Agentliyin direktoru xatırladıb ki, dekabrın 4-də Fransa parlamenti son 62 ildə ilk dəfə hökumətə etimadsızlıq votumu verib.

"Hətta ultrasağ və ultrasol partiyalar da bu məqsədlə birləşdilər. Fransa tarixində heç vaxt baş verməyən hadisə yaşandı. Makron iki tamamilə fərqli qüvvəni ortaq məxrəcə gətirməyi bacardı", - o vurğulayıb.

F.Hüseynəliyev onu da qeyd edib ki, Makron indi hakimiyyətdən bərk-bərk yapışıb, ona qarşı yönələn heç bir tənqidi qəbul etmir, yalnız məhdud sayda olan yaxın çevrəsi ilə məsləhətləşir və bütün bunları yerli mətbuatda dərc olunan məqalələr sübut edir.

Onun sözlərinə görə, hazırkı şərait onu göstərir ki, Makron, çox güman, səlahiyyət müddətinin sonuna qədər postunda qala bilməyəcək.

"Fransa hökumətinin istefası ilk siqnaldır, yeni hökumətə kimin rəhbərlik edəcəyi hələ məlum deyil.

Yeni hökumətin nə qədər davamlı olacağı da ciddi sual doğurur. Son hökumət Beşinci Respublikanın tarixində ən qısaömürlü hökumət oldu. O, hakimiyyətdə cəmi üç ay davam gətirə bildi.

Bütün bunların fonunda Makronun reytinqi sürətlə azalmağa davam edir. Son rəy sorğularına görə, fransızların 56 faizi Makronun istefasını dəstəkləyir. Belə şəraitdə daha iki il dözmək isə çox çətin olacaq", - F.Hüseynəliyev vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Dekabr 2024 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri